İBNİ TEYMİYYƏNİN MÜVƏFFƏQİYYƏT QAZANA BİLMƏMƏSİ DƏLİLLƏRİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Vəhhabiyyət iki yol ayrıcında
DİGƏR BİR TƏZAD!6-ALTI QUR`AN KƏLMƏSİNDƏN YANLIŞ ÇIXARIŞLAR VƏ MƏNTİQ ZƏİFLİ

Çoxlarının da bildiyi kimi, vəhhabi məzhə­binin banisi, onun öz e`tirafına görə, İbni Teymiyyənin süfrəsi başında əyləşmişdir. İbni Teymiyyə də şirk, tövhid, şəfaət və s.-də həmin ifratçı fikirlərə malik idi. Amma görəsən, nə oldu ki, o bu büsatı Dəməşqdə (zühur edib fəaliyyət göstərdiyi mərkəzdə) camaat üçün aça bilmədi, amma onun şagirdi Məhəmməd ibni Əbdül-Vəhhab müvəffəqiyyət qazana bildi?! Nə üçün?!
Yaxşı olardı ki, əvvəlcə İbni Teymiyyənin həyat tarixçəsinə qısa şəkildə nəzər salaq.
Əhməd ibni Əbdül-həlim ibni Teymiyyə Hənbəli 661-ci hicri ilində Hərran şəhərində (Şamın şəhərlərindən biridir) dünyaya gəlmiş, 728-ci hicri ilində isə dünyadan getmişdir. Atası mon­qol-tatar zülmlərindən cana gəldiyi üçün öz ailəsi ilə birlikdə Hərrandan Dəməşqə köçmüşdür.
O, hənbəli məsləkində idi və bu məzhəbi yaymaq fikirinə gəlmişdi. Hənbəlilər kimi, o da kəlam elmini rədd etmiş, mütəkəllimləri bid`ət əhli saymışdır! Allahın sifətləri məsələsində hənbəlilər kimi Allahın Qur`andakı sifətlərini bəyan edən sözləri heç bir təfsir və yozum olmadan qəbul və ümumi şəkildə əqlə meyl etmənin hər növünü məhkum edirdi. O, əhli-hədisin üslub və əqidəsini himayə etməkdən əlavə, ona yeni bir əqaid də əlavə etdi ki, ondan qabaq heç bir yerdə görünməmişdi.
Misal üçün, o, Peyğəmbərin qəbrini ziyarət etmək məqsədi ilə səfərə çıxmağı, qəbrə təbərrük və Peyğəmbərin Əhli-beytinə təvəssül etməyi şirk hesab edirdi! O, Əhli-beyt (əleyhimus-salam)-ın sünnünlərin «sihah» kitablarında, hətta müsnədçilərin imamı olan Əhməd ibni Hənbəlin «Müsnəd»ində gələn fəzilətləri belə inkar edir və çalışırdı ki, imam Əli (əleyhis-salam) və onun övladlarının şə`n və məqamlarını Bəni-üməyyə kimi aşağı gətirsin. Amma İbni Teymiyyənin də`vəti sünnü alimləri tərəfindən qəbul olunmadı. Onun İbni Qəyyim kimi bir neçə şagirdindən əlavə, sünnü aləminin böyük şəxsiyyətləri onunla müxalifətə qalxdılar və onun özünü, qoyduğu bid`ətləri rədd etmək üçün çoxlu kitablar yazdılar. O cümlədən, onun müasiri olan alimlərdən biri – Zəhəbi, İbni Teymiyyəyə məktub yazıb onu məzəmmət etdi və istədi ki, səhih hədislər qarşısında təslim olsun.
Zəhəbi ona xitab edərək yazırdı: «İndi ki, ömrünün yetmişinci ilini yaşayırsan və bu dünyadan köçməyin yaxındır; tövbə edib Allah dərgahına qayıtmağının vaxtı çatmamışdırmı?!»
Misirdə də dörd sünnü firqəsinin «Qazil-quzatı», İbni Teymiyyənin qoyduğu əqidələrin yanlış və bid`ət olduğunu e`lan etdi.
Lakin hicrətin 12-ci əsrində zühura gələn Məhəmməd ibni Əbdül-Vəhhab, İbni Teymiyyənin fikirlərini himayə etdi və onun əqidələri arasında hər şeydən artıq, onun yeni artırdığı əqidələrə tə`kid etməyə başladı.
Yuxarıdakı əqidələrdən əlavə, İbni Teymiyyənin digər xüsusi əqidələri də vardı. O, 698-ci hicri ilində geniş miqyaslı e`tiqadi bəhslərə daxil olub öz müxalifləri ilə elmi mübahisəyə başladı. Onun əqaid və fətvalarından aşağıdakıları qeyd etmək olar:
1- O, şər`i hüdudları (cəza qanunlarını) özü icra edirdi.
2- Uşaqların başını dibdən qırxırdı!
3- Onun əqidəsi ilə müxalif olanlarla müharibəyə hazır idi.
4- Camaatı nəzir verməkdən çəkindirirdi.
5- Allah-taalanın zahiri hiss orqanları ilə görünməsinin mümkünlüyünə e`tiqad bəsləyirdi
6- Xaricilər (xəvaric) barəsində deyirdi: «Xaricilər dindən çıxmaqla eyni zamanda, camaatın içində ən düzgün danışanlardır.»
Onun müsbət işlərindən biri bu idi ki, monqol-tatarların əleyhinə yaxşı tədbirlər görmüşdü.
Mərhum Əllamə Əmini, İbni Teymiyyənin, «Pey­ğəm­bərin də`vəti başlaması» hədisi barəsindəki sözünü nəql etdikdən sonra qeyd edir ki, o, həmin hədisin sənədini səhih bilmir. Sonra deyir: Onun bu sözü çox da qəribə deyildir, çünki o, təəssübkeş bir insan idi, dinin bə`zi zəruri və danılmaz məsələlərini inkar və müsəlmanları kafir hesab etməyə və xüsusilə Əhli-beyt (əleyhimus-salam)-ın fəzilətini inkar etməyə israr edirdi.[1]
Başqa bir yerdə buyurur:
لذلک عاد غرضا لنبال الجرح من فطاحل علماء اهل السنة منذ ظهرت مخاریقه و الی هذا الیوم و حسبک قول الشوکانی فی البدر الطالع ج۲ ص۲۶۰: صرّح محمد البخاری الحنفی المتوفی ۸۴۱ بتبدیعه ثم تکفیره ثم صار یصرح فی مجلسه: ان من اطلق القول علی ابن تیمیة: انه شیخ الاسلام فهو بهذا الاطلاق کافر
Həmin səbəbə görə o, böyük sünnü alimləri tərəfindən həmişə tənqid atəşinə tutulurdu. Şov­kani nəql edir ki, Məhəmməd Buxari Hənəfi onu kafir hesab edərək demişdir: «Hər kəs İbni Teymiyyəni «şeyxul-İslam» - adlandırsa, kafirdir.»[2]
İbni Teymiyyəni çox israr və təəssüblə müdafiə edənlərdən biri «Əl-bidayətu vən-nihayə» kitabının müəllifi İbni Kəsirdir (744-cü ildə dünyadan gedib). O, öz kitabının hər yerində müxtəlif münasibətlərlə əlaqədar İbni Teymiyyəni müdafiə edərək tə`rifləmişdir.
İbni Teymiyyəni müdafiə etdiyinə görə İslam cəmiyyətində nifrətlə yad edilən və onun müasirlərindən biri olan məşhur mühəddis Əbul-Həccac Məziidir («Təhzibul-kəlam» kitabının müəllifidir və 742-ci ildə dünyadan gedib).
İbni Teymiyyənin şagirdlərindən biri də Əhməd ibni Məhəmməd Məri Lubbi Hənbəlidir. İbni Həcərin yazdığına görə, o, əvvəllər İbni Teymiyyə ilə müxalif olmuşdu, amma onunla görüşdükdən sonra onun dostları və şagirdləri cərgəsinə keçmiş, bundan sonra onun kitablarını yazmış və onunla tərəfdarlıqda israr etmişdir. Ziyarət məqsədilə səfər etməyin inkar olunmasında müəllimini müdafiə etmiş, nəhayət maliki qazi Əxnai onu çağırıb o qədər şallaq vurmuşdu ki, bədə­nindən qan axmağa başlamışdı. Sonra göstə­riş vermişdi ki, təhqir olunsun deyə, onu tərsinə qatıra mindirsinlər və şəhərdə dolandırsınlar.
İbni Teymiyyənin ən yaxşı şagirdi və onu israrla müdafiə edənlərdən biri də İbni Qəyyim Cov­ziy­yədir. O, hər bir sözdə və əqidədə müəlli­mi­nin qeydsiz-şərtsiz himayəçisi və köməkçisi ol­muş, həyatında və ölümündən sonra onun əqidələ­ri­nin yayılmasını öhdəsinə almış, dəfələrlə onunla birlikdə həbs edilmişdir. Buna görə də ona şallaq vurulmuş, dəvəyə mindirilərək şəhərlərdə gəzdirilmişdir. O, İbni Teymiyyə ilə birlikdə Dəməşq qalasında həbs edilmişdir.[3]
***
İndi isə əsas suala qayıdırıq: Nə üçün İbni Teymiyyə özünün sələfilik məktəbini Şamda yaya bilmədi, lakin Məhəmməd ibni Əbdül-Vəhhab onu Nəcd əyalətində yaydı, bundan sonra da bütün Ərəbistan yarımadasına yayıldı və bu e`tiqadları öz adına – «vəhhabiyyət məzhəbi» adı ilə tarixdə qeyd etdirdi?!
Onun ən ümdə səbəbi iki şeydir:
Birincisi budur ki, o dövrdə Dəməşq və Şam İslam elmlərinin mərkəzlərindən olduğunua görə orada çoxlu alimlər, elmiyyə hövzələri var idi. Onlar İbni Teymiyyənin səhvləri və yanlış əqidələri müqabilində ciddi müqavimət göstərdilər. O, özünə nəzərə çarpacaq dərəcədə tərəfdar toplasa da, onun nüfuzu məntiqi dəlillərlə sındırıldı. Amma Nəcd əyaləti o zamanda bu cəhətdən çox fəqir, geridə qalmış bir yer sayılırdı. Bu qrupun ilkin şübhələri çox da müqavimətlə qarşılaşmadı və camaat arasında çox sür`ətlə yayıldı. Tarix boyu hər bir məntəqədə agah alim və mütəfəkkirlər olmuşsa, həmin məntəqə bu kimi bəlalardan salamat qalmışdır.
Digəri isə, o dövrdə Nəcd qəbilələri arasında hakimiyyət uğrunda gedən kəskin mübarizə idi. Tarixi şahidlərə əsasən, Məhəmməd ibni Əbdül-Vəhhab bu qızıl fürsətlərdən istifadə edərək Ali-Səudla bu əsasda müqavilə bağladı ki, onun fikirlərini müdafiə etsinlər, Ali-Səud da öz ardıcıllarını ölkələri fəth etmək üçün onun ixtiyarında qoysun. Halbuki, Dəməşqdə və Şamda nə belə bir şərait var idi, nə də İbni Teymiyyə belə bir fikrə düşmüşdü.


 [1] «Əl-qədir», 2-ci cild, səh.280.
[2] Yenə orada, 1-ci cild, səh.147 (vərəqaltı haşiyə)
[3] «Siyəru ə`lamin-nubəla», 1-ci cild, səh.37, «Əssəhihu minəs-sirə», 1-ci cild, səh.245, «Əl-qədir», 2-ci cild, səh.280, «Əz-zəriə», 2-ci cild səh. 283; «Aşinayi ba firəq və məzahibi İslami», 14-cü hissə, «Ayini vəhhabiyyət», «Məktəbi İslam», fəsilnaməsi, 10-cu nömrədən istifadə edilmişdir.

DİGƏR BİR TƏZAD!6-ALTI QUR`AN KƏLMƏSİNDƏN YANLIŞ ÇIXARIŞLAR VƏ MƏNTİQ ZƏİFLİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma