5-DONUŞLUQ VƏ HƏR NÖV YENİLİKLƏ MÜXALİFƏT

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Vəhhabiyyət iki yol ayrıcında
DİGƏR BİR TƏZAD: NƏ ÜÇÜN PEYĞƏMBƏRİN MÜBARƏK QƏBRİ HƏLƏ DƏ QALIR?! DİGƏR BİR TƏZAD!

Vəhhabi məzhəbinin banisi hər növ yeniliklə mübarizəyə qalxdı, üsul nəzərindən sair müsəlman firqələri tərəfindən inkar olunmayan şeylərlə də mübarizəyə başladı. Çünki o, dində olan yeni­likləri – hər növdən olursa olsun, inkar edirdi.[1] Lakin o, bid`ətin mə`nasını izah etməkdə səhvə düçar olduğuna görə, hər bir təzə şeylə mübarizəyə qalxmışdı.
İndi görək bid`ət dedikdə məqsəd nədir? Hər bir təzə şey, hər bir ixtira bid`ət sayılımı? Bəşər mədəniyyətində hər növ yenilikçiliklə mübarizəyə qalxmalıyıqmı?! Vəhhabiyyətin ilk ardıcılları onun sözünü əxz etdikləri üçün, hətta velosipedi belə, «şeytan arabası» hesab etdilər və ondan çəkindilər, Səudiyyə padşahlarının saraylarını ordu qərargahı ilə birləşdirən telefon xətlərini qırıb tökdülər.
Onlar bir neçə il bundan qabağa qədər fotoapa­ratları haram və Məkkə və Mədinənin bazarlarında onun alverini müəyyən qədər qadağan etmişdilər. Talibanın rəisi Molla Ömər də heç vaxt icazə vermirdi ki, onun şəklini çəksinlər. Onlar qadınların və qızların hətta onlara məxsus olan xüsusi mədrəsələrdə belə, təhsil alması ilə müxalifətə qalxmışdılar. İndinin özündə də hətta kamil hicaba riayət etsələr belə, qadının sürücülüyünü haram hesab edir, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in miladını və bu kimi şeyləri bayram keçirməyi bid`ət və haram sayırlar. Təkcə Peyğəmbərin milad bayramını deyil, üstəlik bütün dünya müsəlmanlarını (sünnü və şiə) əqləsığan bu kimi işləri görmələrini məzəmmət edirlər.[2]
Şübhəsiz, böyük fəqihlərin və üsul alimlərinin nəzərində bid`ətin tamamilə başqa bir mə`nası vardır.
Bid`ət sözünün xüsusi mə`nası budur ki, insan dində olmayan bir şeyi dinin bir hissəsi sayaraq dini əməl ünvanı ilə ona əməl etsin. Bid`ətin tə`rifində deyilmişdir: «Əl-bid`ətu idxalu ma leysə minəd-dini fid-din.»[3]
Şübhəsiz, heç kəs yeni ixtira olunan texnologiyadan, o cümlədən, velosiped, telefon, fotoaparat, kompüter və s. dən istifadə etməyi dini bir vacib, yaxud müstəhəb hesab etmir; əksinə camaat arasında mövcud olan ürfi bir işdir. Bu da eynilə müxtəlif növ yemək, paltar və binalara oxşayır ki, zamanın keçməsi ilə dəyişilir, özünə yeni forma alır.
Başqa sözlə desək, bizim yerinə yetirdiyimiz əməl­lərdən bir qrupu ürfi, camaat arasında adi olan bir şeydir və şəriətlə xüsusi bir əlaqəsi yox­dur. Yuxarıda qeyd etdiyimiz misalları burada da gətirmək olar: müxtəlif növ geyimlər, miniklər, yeməklər, adət-ən`ənələr məişət və ev avadanlığı və s.
Faydalı yenilikçilik mə`nasında olan bid`ət bu kimi işlərdə çox yaxşıdır və insanların mədəni cəhətdən inkişaf etməsini göstərir. Deməli, nə velosiped şeytan arabasıdır, nə də fotoaparat şeytanın gözü; nə telefon dinin fəsada çəkilməsi səbəbidir, nə də böyük din şəxsiyyət­lərinin, camaat arasında adi bir iş olduğu kimi, təvəllüdünün bayram keçirilməsi. Həmin işlər ki, bə`zən adi insanların “təvəllüd bayramı” kimi ailələrdə keçirilir, bə`zən də kütləvi şəkildə böyük bir din aliminin, yaxud ondan da yüksəkdə Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) və sair din böyük­lərinin təvəllüdü tam əzəmətlə bərqərar olunur.
Bu kimi işlərin haram olmasına heç bir dəlil yoxdur; burada sadəcə olaraq, bid`ət kəlməsinin mə`nasında yaranan anlaşılmazlıq və yanlış düşüncə, onun fiqhi mə`nasına tanış olmamaq, şər`i təklifləri camaat arasında olan işlərdən ayıra bilməməkdən irəli gəlmişdir.
Bizim din rəhbərlərinin qəbirləri üzərində bina və künbəz tikilməsi ilə heç bir işimiz yoxdur, bu, tamamilə başqa bir məsələdir. Bizim sözümüz adi qəbiristanlıqlar barədədir: Ərəbis­tan­da qəbirlərin yanına getdikdə, çox çirkin və insanı dəhşətə gətirən səhnələrlə qarşılaşırıq. Sanki susuz, otsuz və daş-çınqıllardan ibarət olan əyri-üyrü bir səhraya bənzəyir, bir qəbrin üzərinə belə, düz bir daş qoyulmamışdır.
Halbuki, qəbirlərin üstündə sadə bina qurmaq bütün dünya xalqları və əql sahibləri arasında adi bir iş sayılır, onlar ölülərinin qəbirlərini elə şəklə salmaq istəyirlər ki, hörməti qorunub-saxlansın, heç vaxt onlara qarşı təhqir və hörmətsizlik rəva görülməsin. Qəbrin ətrafında müxtəlif ağac, gül əkib becərirlər ki, onların varislərinin qəlbinə təsəlli versin.
Şairlərin, elm xadimlərinin və mə`rifət sahiblərinin qəbirləri üzərində onların şə`ninə layiq və hər bir şəxsin vəziyyətinə uyğun və münasib olan bir bina tikilməsi onlara hörmət əlamətidir.
Bu insani və ürfi bir iş olub əsla bid`ət, şirk və bütpərəstlik deyildir; əksinə insaniyyətə hörmət qoymaq və ədəb qaydalarına riayət etməkdir. Halbuki, haram olan bid`ət – din göstərişlərinə hər hansı bir şeyi artırmaqdan ibarətdir.
Hal-hazırda dünyanın hər yerində belə bir adət vardır ki, məsələn, böyük şəxsiyyətlərin filan şair, ixtiraçı və s. təvəllüdünün yüzilliyi münasibəti ilə yubiley keçirirlər, bu da cavanların elmə, biliyə, elmi-texniki tərəqqiyə, elmə yiyələnməyə təşviq edir. Heç bir ağıllı şəxs deyə bilərmi ki, bu iş bid`ət və şirkdir, yaxud dinə hər hansı bir şeyi artırmaqdır?!
Bizim bu işi böyük din xadimləri üçün yerinə yetirməyimiz isə, camaatın onların fikir, tə`lim və proqramlarına diqqət yetirməsinə səbəb olur; əgər bu işlər onlarla böyük din şəxsiyyətləri arasında əlaqə və bağlılığı möhkəmlədirsə, bu işin harası bid`ət və şirkdir?! Xeyr, bu adi camaat tərəfindən bəyənilmiş bir işdir!
Bə`zən də bu yeniliklərin camaat arasında şər`i məsələlərlə yanaşı irəli çəkilir, – özü də onunla qarışmadan və haram bid`ət ünvanı almadan. Misal üçün, hal-hazırda Məscidul-Həramın və Məscidun-Nəbinin (səlləllahu əleyhi və alih) gözəl minarələrini görürük ki, şübhəsiz, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in dövründə mövcud olmamışdır. Peyğəmbərin mehrabı da sadə və gözəl naxışlarla bəzədilmiş, Qur`an ayələri (və bə`zilərinin dediyinə görə bütün Qur`an) çox gözəl şəkildə və gözəl xətlə Hətta o həzrətin özünün və Əhli-beyt imamlarının adları Peyğəmbər (səlləllahu əleyhi və alih) məscidi­nin içindəki otaqların divarlarına həkk olun­muşdur, İslamın böyük şəxsiyyətlərinin bə`ziləri o məscidin həyətində dəfn olunmuşdur, halbuki, bu işlə­rin heç biri Peyğəmbərin dövrün­də olma­mış­dır. Bunlar bid`ət və haram iş sayı­la bilər­mi?! Əgər haramdırsa, onda nə üçün oraya hakim olan vəhhabilər onların hamısını məhv edib aradan apar­mayıblar?! Əgər haram deyil­sə, onda nə üçün ona ox­şar hallara icazə vermir­lər?! Şübhəsiz, heç kəs bun­ları dini göstə­riş ünvanı ilə icad etməmişdir; əksinə, camaat arasında adət olan bir sıra işlər kimidir və insanların sağlam zövqü ilə icad edilmişdir.
Fikir donuşluğu nəticəsində həm müsəlman­ların, həm də qeyri-müsəlmanların ictimai adət-ən`ənələrindən sayılan bu kimi işlərlə müxali­fətə qalxanların hazırkı dünyada heç bir məqam­ları yoxdur və bu fikir tarixin arxivinə yığılmalıdır. Amma onların içərisində əmələ gələn mö`tədil fikirli şəxslər bu böyük xətaları islah edərək düzəldə bilərlər.
Bir daha təkrar edirəm: haram və qadağan olunan bid`ətlə (barəsində nə ümumi, nə də xüsusi dəlillər gəlmədiyi halda müəyyən bir işi, dini göstəriş adı ilə yerinə yetirmək), onların bid`ət adlandırdığı şeylər tam başqa-başqa şeylərdir.
Misal üçün, biz namaza, oruca, həcc əməllərinə və ədəb qaydalarına və s. kimi əməllərə bir şey artırsaq, yaxud «şəriət bizə icazə vermişdir ki, filan gecəni Peyğəmbərin miladı ünvanı ilə bayram keçirək» - desək, bu, bid`ət sayılar.
Təəssüflər olsun ki, bu qrup, fikir donuşluğu və mə`lumatın azlığı nəticəsində bu iki məsələni bir-biri ilə qarışdırmış və camaat arasında mövcud olan yeniliklərlə şəriətdə deyilən bid`ətləri bir-birinə qarışdırmışlar.

[1] Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan bir hədisdə deyilir: “Bid`ət qoyan şəxs məxluqların içində ən pis adamdır.” (“Kənzul-ummal”, hədis 10951). Əli (əleyhis-salam)-dan nəql olunan başqa bir hədisdə isə deyilir: “Elə bir bid`ət yaranmaz ki, onunla yanaşı bir sünnə tərk edilməsin.” (“Nəhcül-bəlağə”nin şərhi, İbni Əbil-Hədid, 9-cu cild, səh. 94.) Bu barədə hər iki firqənin kitablarında çoxlu hədislər mövcuddur.
[2] «Fətavəl-lücnətid-daimə lil-buhusil-elmiyyə vəl-ifta», 3-cü cild, səh. 18.
[3] «Ğənaimul-əyyam», 1-ci cild, səh. 277.
«Bəhrur-raiq» kitabında (İbni Nəcim Misrinindir) bid`ətin tə`rifi belə deyilir:
غلب استعمالها علی ما هو (ایجاد) نقص فی الدین او زیادة
«Feyzul qədir» kitabında (Mənavi) isə belə deyilir:
الحدث فی الدین بعد اکماله
Bu tə`riflərin hamısı da bir mə`naya qayıdır.

DİGƏR BİR TƏZAD: NƏ ÜÇÜN PEYĞƏMBƏRİN MÜBARƏK QƏBRİ HƏLƏ DƏ QALIR?! DİGƏR BİR TƏZAD!
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma