BU BƏYANAT BARƏSİNDƏ QISA TƏHLİL

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Vəhhabiyyət iki yol ayrıcında
SƏUDİYYƏ ƏRƏBİSTANININ BÖYÜK ALİMLƏR HEY`ƏTİNİN vəhhabİ­lə­rİn terrorİst əməllərİnİ məhkum etməklə əlaqə­dar BƏYANATIHİCAZ ALİMLƏRİNƏ DOSTCASINA TÖVSİYƏ

Ərəbistan vəhhabilərinin ən yüksək məzhəbi məqamlarının imzası ilə öz əsrində, yə`ni Əbdül Əziz ibni Əbdüllah ibni Bazzın əsrində, iyirmi nəfər ən böyük alim tərəfindən imzalanan və bu məşhur vəhhabi məzhəbli alimin ölümündən bir qədər qabaq nəşr olunan bu bəyanatdakı mühüm məsələlərdən bə`zilərinə aşağıda işarə edirik:
1-Yaxşı olardı ki, həmin bəyanat bu qədər qan axı­dılmasından, insanların təhqir və mal-dövlətlərinin qarət edilməsindən öncə yayılaydı, lakin «zərərin yarısından da qayıt­maq fayda­lıdır». Buna nəzər yetirməklə, bu təqdirəlayiq iş şəri­ət göstərişlərinə tabeçiliyi iddia edən ifrat­çılar qarşısında höccəti çox güclü və aşkar şəkildə tamam edir və aydın­laş­dı­rır ki, bu bəyanata tabe olmayanlar İslamın göstərişlərinə deyil, öz həvayi-nəfslərinə tabeçilik edirlər. Bir sözlə, İslam bu kimi əməllərdən və işlərdən bizardır!
2-Bu bəyanat əməli olaraq Şeyx Məhəmməd ibni Əbdül-Vəhhabın fikir və əqidələrinin tənqid edilməsinə yol açır, hətta vəhhabilər də, onun ehtiramını qoruyub-saxlamaqla, fikirlərini tən­qid edə, vəhhabiyyət ayinində daha mö`tədil olan bir siste­mə qayıda bilərlər ki, dünyanın sair müsəl­manları ilə yaxşı əlaqə qura bilsinlər.
3-Gözəl tə`birlərlə yanaşı olan bu bəyanat vəhhabi ifratçılarına e`lan edir ki, müsəlman­ları kafir saymaq dövrü artıq keçib getmişdir, onların fikirləri ilə müvafiq olmayan hər şəxsi küfrlə müttəhim etmək, onun canını, malını və namusunu xətərə salmaq olmaz; əksinə, bu işlər həmin işləri görənlərin kafirliyinə səbəb ola bilər.
4-Bu bəyanat İslam dünyasına gözəl bir xidmət olub, bu qrupun İslam barəsində dünyaya təqdim etdiyi kobud və xoşagəlməz çöhrəni müəyyən qədər islah edərək e`lan etmişdir ki, həqiqi müsəl­man­lar bu işlərdən bizardırlar. Bu terrorist əməllə­rinin mənfi nəticələrinin aradan qaldırılması uzun illər çəkəcək və çox asanlıqla mümkün deyildir, lakin kilsə rəhbərləri və sionist başçılarının əlinə gözəl bir bəhanə vermişdir ki, onu İslamın həqiqi siması kimi təqdim etsin­lər, dünya əhalisini onunla qorxutsunlar. Allaha pənah aparırıq cəhalət üzündən olan ziyanlardan! Ümidvarıq ki, Allah hamını düzgün yola hidayət və şeytanın tələsindən xilas edəcək!

SƏUDİYYƏ ƏRƏBİSTANININ BÖYÜK ALİMLƏR HEY`ƏTİNİN vəhhabİ­lə­rİn terrorİst əməllərİnİ məhkum etməklə əlaqə­dar BƏYANATIHİCAZ ALİMLƏRİNƏ DOSTCASINA TÖVSİYƏ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma