ƏQİDƏNİN ZORLA QƏBUL ETDİRİLMƏSİNİN ƏN PİS HALLARI

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Vəhhabiyyət iki yol ayrıcında
ALLAH EVİNİN İDARƏÇİLƏRİNİN ƏSL VƏZİFƏLƏRİZİYALI VƏ MÖ`TƏDİL VƏHHABİLƏR

Təəssübkeş vəhhabilər son zamanlar bə`zi İslam məzhəblərini batil hesab etmək üçün kitablar yazaraq onları hacıların arasında yayırlar. Kaş o kitablarda ədəbli məsələlər olaydı! Amma onlarda çox çirkin ədəbiyyat, insanda nifrət oyadan sözlər, müxtəlif iftira, yalana, töhmət, başqalarını şirk və küfrlə müttəhim edən sözlər vardır.
Halbuki, əgər bu çirkin kitabların əleyhinə məntiqi və ədəbli bir cavab yazılsa, onun yayılmasına heç vaxt icazə verməzlər!! Yoxsa şərif
فَبَشِّرْ عِبَادِ الَّذِینَ یَسْتَمِعُونَ الْقَوْلَ فَیَتَّبِعُونَ أَحْسَنَهُ
“Belə isə, bəndələrimə müjdə ver; həmən kəs­lərə ki, sözləri eşidir və onların ən yaxşısına tabe olurlar.”[1]
ayəsinin məfhumu budur?! Aydındır ki, bu məzhəb malik olduğu belə bir «mədəniyyətlə» yanaşı, hazırkı dünyada heç bir müsbət mövqeyə malik deyildir və tezliklə tarixin səhifəsindən sili­nərək arxivlərə göndəriləcək. İnşallah! Xüsu­silə bizim əsrimizdə: başqalarının e`tiqad­larına ehtiram qoyulmasının elm sahiblərinin nəzərində xüsusi mövqeyə malik olduğu və məhz bu işin də bu məzhəbin süqut edib tənəzzülə uğraması amillərindən biri olduğu hazırkı dövrdə. Çünki heç bir müsəlman belə yaramaz işləri qəbul etməyə razı deyildir ki, Allah evinin idarəçilərin öz sözü ilə desək, onların hamısını müşrik və kafir hesab etsin və öz əqidəsinin zorla qəbul etdirilməsinə israr etsin.
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hərəmi, «Bəqi» qəbir­ləri bütün müsəlmanlara aiddir, oranın işlərinə baxan şəxslərin vəzifəsi nizam-intizamın, nəzm-inzibatın, əmin-amanlığın tə`min edilməsi, zairlər üçün imkan yaradılması, bütün müsəl­manların əqidə birliyində olduğu şeylərə zidd olanların qarşısını almaqdır və bundan artıq vəzifələri yoxdur. Onlar gərək bütün dünya müsəlmanların əqidələrinə ehtiram qoysunlar, onların müqəddəs saydıqları şeylərə hörmətsizlik etməkdən çəkinsinlər, ayaqlarını öz yorğanla­rın­dan artıq uzatmasınlar; çünki bu işə nə Allah razıdır, nə Allahın məxluqu; nə də belə bir işlərin xeyir aqibəti ola bilər.
Allahın əmin-amanlıq hərəmi gərək hər bir cəhətdən əmin-amanlıqda olsun. Bu necə əmin-amanlıqdır ki, əgər vəhhabi olmayan müsəlmanlar öz ayağını dala, ya qabağa qoysalar, onları şirklə müttəhim etsinlər?!
Heç vaxt unutmaram: Allah evinin ziyarətinə getdiyim ilk səfərlərin birində müxtəlif ölkə müsəlmanlarından bir qrupunu gördüm, onlar Peyğəmbər (səlləllahu əleyhi və alih) minbərini öpmək istədikləri zaman polislərlə əlbəyaxa olurdular.
Zahirdə əmr be mə`ruf mə`murlarından olan bir nəfər ayağa qalxdı və dedi: «Allaha and olsun, bu qrupa qılıncla həmlə etmək (və qanlarını axıtmaq) olar!»
Bunların arasında nə kimi fərq vardır: siz Qur`anın cildini öpürsünüz, onlar da Peyğəmbərin uzun müddət üstünə çıxdığı, camaata moizə edib elm öyrətdiyi, tə`lim-tərbiyə verdiyi bir minbəri öpürlər?! Nə üçün öz ardıcıllarınızın yox, onların qətlinə fərman verirsiniz?! Siz bu işi bid`ət hesab edirsiniz, onlar isə sünnə sayırlar.
İndi mə`lum olur ki, nə üçün taliban və əl-qaidə üzvləri olan ifratçı vəhhabilər iki il bundan əvvəl özlərinə bomba bağlayaraq 150 nəfər sıravi adamı öldürüb 300 nəfəri yaralamağa icazə verir! Halbuki, onların arasında körpə uşaqlar, qadınlar və yaşlı qocalar var idi. Bunlar həmin təfəkkür tərzinin dərdli və acı səmərələridir, onlar hazırkı dünyada İslamın çöhrəsini çox iğtişaşlı vəziyyətə salmış, hətta Səudiyyə Ərəbistanının özündə belə – onların mərkəzi qərargahı olduğu halda – asayişini pozmuşlar.
Belə bir proqramlar və belə yanlış təfəkkür əbədi olaraq qala bilərmi?!

[1] «Zümər» surəsi, 17-18

ALLAH EVİNİN İDARƏÇİLƏRİNİN ƏSL VƏZİFƏLƏRİZİYALI VƏ MÖ`TƏDİL VƏHHABİLƏR
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma