1-SON DƏRƏCƏ QANSIZLIQ VƏ KOBUDLUQ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Vəhhabiyyət iki yol ayrıcında
VƏHHABİYYƏT ÖZ ÖMRÜNÜN AXIRLARINA YAXINLAŞIRMI?!TALİBAN QRUPU

İfratçı vəhhabilərin son dərəcə qansızlıq və kobudluğu kiməsə məxfi qalacaq şəkildə deyildir. Vəhhabilərin tarix boyu hərbi kafirlərə qarşı deyil, məhz müsəlmanlara qarşı törətdiyi kütləvi və amansız qırğınlar insanı dəhşətə gətirir.
Kərbəla şəhərində şiələrin qanının su yerinə axıdılması, mal-dövlətinin qarət edilməsi və Kərbəla şəhərinin dağıdılıb yerlə-yeksan edilməsini hamı xatırlayır.[1]
Bundan da acınacaqlısı o dövrdə Taif əhalisinin və sünnü qəbilələrinin kütləvi şəkildə qətlə yetirilmələridir.
Bunlar göstərir ki, kobudluq və qansızlıq vəhhabi tə`limlərinin zatında, cövhərində mövcuddur. Bu müddəanın dəlili də onların küfr, iman, tövhid və şirk məsələləri barəsində çıxardıqları yanlış nəticələrdən ibarətdir. Belə ki, onlar istədikləri şəxsi çox sadə şəkildə şirklə müttəhim edərək, onun qanının axıdılmasına, mal-dövlətinin qarət edilməsinə dair hökm çıxarırlar. (Bunların hamısı tezliklə izah olunacaqdır.)
Amma sonradan qeyd edəcəyimiz kimi, qəti dəlillərə əsasən vəhhabilərin imamları bizim əsrin müsəlmanlarının vəziyyətini cahiliyyət dövründə olan müşriklərin vəziyyətindən qat-qat pis hesab edirlər. Belə bir mühakimə ilə onların müsəlmanların başına nə müsibətlər gətirəcəkləri aydın məsələdir. Bu barədə tarixə müraciət etmək də lazım deyildir; hazırkı əsrimizə bir baxış da kifayətdir.
Bu qansız şəcərənin (ağacın) acı meyvələrindən biri kimi əsrimizdəki «Taliban» və «Səhabə» ordusunu, bə`zi digər qruplarda olan terrorist «Əl-qaidə» təşkilatını görmüşük. Bunların hər biri İslamı dünya xalqlarının nəzərində çirkin qələmə verir. Bu da onların dünya səviyyəsində inkişafda olan İslama vurduğu zərbənin bərpaolunmaz olduğunu göstərir.
Əvvəlcə Taliban qrupu barəsində bir az söhbət edirik.

[1] «Unvanul-məcd fi tarixin-Nəcd», c. 1, səh.121, «Tarixul-məmləkətis Səudiyyə», c. 3, səh.73.

VƏHHABİYYƏT ÖZ ÖMRÜNÜN AXIRLARINA YAXINLAŞIRMI?!TALİBAN QRUPU
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma