VƏHHABBİLƏRİN ÖZ MƏRKƏZİNDƏ TERRORİZM

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Vəhhabiyyət iki yol ayrıcında
İRAQDA TERROR ƏMƏLİYYATLARIVƏHHABİ RƏHBƏRLƏRİNİN TƏ`LİMLƏRİNDƏ TERRORİZMİN KÖKÜ

Bunların hamısından da qəribə və dəhşətlisi budur ki, təəssübkeş vəhhabilər, hətta öz vəhhabi həmvətənlərinə belə rəhm etmirlər. Onlar Riyaz, Cəddə və digər məntəqələrdə törətdikləri partla­yışlar nəticəsində öz günahsız həmvətənlərindən çoxunu qanına qəltan etmişlər.
Hətta bu ilin (1425-ci hicri-qəməri, 2004-cü miladi) həcc mərasimində belə cümə namazının xətibləri namaz qılanların böyük saylı yığıncağında bu qrupu məzəmmət və onların terrorist hərəkətlərini məhkum etməklə əlaqədar çoxlu bəhslər aparmış, «la təkfirə və la irhabə» – nə başqalarını kafir hesab etmək, nə də terror törətmək – şüarlarını verdilər. İş o yerə çatmışdı ki, Ərəbistan dövləti irhab (terrorizm) qarşısında mühüm bir konfrans təşkil etmiş və onlarla mübarizə aparmaq üçün müxtəlif ölkə başçılarını həmahəng bir proqram tənzim olunmasına də`vət etmişdir.
Amma «görəsən terroristlər kimlərdir?» sualının cavabı budur təəssübkeş vəhhabilərdir ki, özlərindən başqa hamını kafir hesab edir və onların qanını halal sayırlar.
Ərəbistan dövləti bu tədbirlərlə özünü vəhhabilərlə bir cərgədə olmaqdan kənara çəkmək və həmçinin, onların caynaqlarından xilas olmaq üçün çox tə`cili və qətiyyətli addımlar atılmasını istəyir.
***
Bu xoşagəlməz halların nəticəsində çox təəssüf­lə, İslamın adı dünya xalqlarının zehn­lərində terrorizm­lə yanaşı hallanmağa baş­ladı, İslam müxaliflərinin əlinə çoxlu bəhanələr verdi, hətta ölkələrin çoxunda müsəlmanları «insan öldürən», «qatil» kimi təqdim etdilər. Əlbəttə, Amerikanın, xüsusilə sionistlərin apardığı zəhərli təbliğatlar da bu işə çoxlu kömək etdi; halbuki, İslam dini bəşəriyyətə sülh, ədalət, məhəbbət peyğamını bir töhfə və ərməğan gətirmişdir.
Hamının bildiyi kimi, Qur`anın 114 surəsi vardır və bir surə istisna olmaqla onların hamısı Allahın xüsusi və ümumi rəhmətinə işarə edən Rəhman və Rəhim adları ilə başlanır. Bir istisna halı isə, müsəlmanlarla sülh müqaviləsini pozan şəxslərə qarşı müharibə e`lan etdiyindən, «bismillah»la başlanmır.
Qur`an tam aşkar şəkildə Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-ə buyurur:
«Biz səni kobud, daşürəkli qərar vermədik; əgər belə etsəydik, camaat sənin ətrafından dağılı­şar­dı.»[1]
İslam rəvayətlərində də oxuyuruq: Həlid-dinu illəl hubb – yə`ni din məhəbbətdən başqa bir şeydirmi?![2] Allaha, Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə, saleh insanlara, Allahın yaratdığı bütün məxluqata məhəbbət. Lakin bünövrəsi məhəbbət əsasında qurulan bu müqəddəs din vəhhabi qruplarının törətdiyi terrorist əməllər nəticəsində elə bir vəziyyətə düşmüşdür ki, İslamın çöhrəsinin çirkin və qarışıq göstərilməsi üçün müxalif­lərin əlinə çox sadə bəhanələr verir.

[1] «Ali İmran» surəsi, 159
[2] «Kafi», 8-ci cild, səh.80.

İRAQDA TERROR ƏMƏLİYYATLARIVƏHHABİ RƏHBƏRLƏRİNİN TƏ`LİMLƏRİNDƏ TERRORİZMİN KÖKÜ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma