6-ALTI QUR`AN KƏLMƏSİNDƏN YANLIŞ ÇIXARIŞLAR VƏ MƏNTİQ ZƏİFLİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Vəhhabiyyət iki yol ayrıcında
İBNİ TEYMİYYƏNİN MÜVƏFFƏQİYYƏT QAZANA BİLMƏMƏSİ DƏLİLLƏRİ TƏNQİD VƏ MÜLAHİZƏLƏR


Bu məzhəbin ən mühüm və şah əsəri tövhid və şirk məsələsindədir. Yuxarıda qeyd etdiyimiz kimi, bu da İbni Teymiyyə Dəməşqinin əqaidindən alınmışdı.
Məhəmməd ibni Əbdül-Vəhhabın «Kəşfuş-şübəhat» kitabındakı sözünün xülasəsi belədir:
1-İslamın də`vət etdiyi tövhid – ibadət­dəki töv­hiddir; çünki ərəb müş­rikləri Xaliqin vahid olduğunu qəbul edir və deyirdilər ki, bütün aləm Onun məxluqudur:
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَیَقُولُنَّ خَلَقَهُنَّ الْعَزِیزُ الْعَلِیمُ
“Hər vaxt onlardan “asimanları və yeri kim yaratmışdır?” - deyə soruşsan, müt­ləq “qüdrətli və elmli Allahdır!” - deyə cavab verərlər.”[1]
Digər bir ayədə isə buyurulur:
قُلْ مَن یَرْزُقُکُم مِّنَ السَّمَاء وَالأَرْضِ أَمَّن یَمْلِکُ السَّمْعَ والأَبْصَارَ وَمَن یُخْرِجُ الْحَیَّ مِنَ الْمَیِّتِ وَیُخْرِجُ الْمَیَّتَ مِنَ الْحَیِّ وَمَن یُدَبِّرُ الأَمْرَ فَسَیَقُولُونَ اللّهُ فَقُلْ أَفَلاَ تَتَّقُونَ
“De: “Kim sizə asimandan və yerdən ruzi verir?! Kim sizin qulaqlarınızın və göz­lərinizin malikidir?! Kim dirini ölü­dən və ölünü diridən çölə çıxardır və kim (dünyanın) işlərini tədbir edir?!” Deyərlər: “Allah!” De: “Bəs nə üçün təqvalı olmursunuz?!”[2]
Bu ayələrə əsasən, ərəb müşrikləri aləmlərin Xaliqinin, bəndələrin ruzi verəninin, bütün aləmin tədbir və idarə edicisinin yeganə Allah olduğunu bilir­dilər. Bəs görəsən, onların şirki nədən iba­rət­dir? Onların əqidəsinin iradı yal­nız ibadətdəki tövhiddən ibarət idi: yə`ni onlar bütlərə və bə`zi saleh insanlara pərəs­tiş edirdilər. Başqa sözlə desək, ərəb müşrikləri heç vaxt Allahın, xaliqin vahid, raziq və rəbbul-aləmin olmasını inkar etmirdilər; onlar sadəcə Allaha ibadətdə müşrik idilər və İslam da onları yeganə Allaha ibadətə də`vət etmişdir.
2-Şirkin məfhumu budur ki, insan yeganə Allah­dan qeyrisini çağırsın, çətinliklə­rinin həll olunması üçün ona pənah aparsın (misal üçün; «ya Rəsuləllah!», «ya Əli!» desin). Çünki Qur`an buyurur:
 فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا [3]
3-Əgər bir şəxs Peyğəmbərdən, yaxud hər hansı din rəhbərindən və saleh insanlardan şəfaət istəsə, onun işi şirkdir və belə bir şəxsin ca­nı və malı müvəhhidlərə (tövhid­çilərə) mü­bah­dır! Çünki o, müşrikdir və hər müşrikin də qanı hədər, mal-dövləti və arvad-uşaqları (töv­hid­­çilərə) halaldır. Qur`ani-Məcid buyurur:
قُل لِّلَّهِ الشَّفَاعَةُ جَمِیعًا لَّهُ مُلْکُ السَّمَاوَاتِ وَالْأَرْضِ ثُمَّ إِلَیْهِ تُرْجَعُونَ
“De: Şəfaət ümumi şəkildə Allaha məxsus­dur, asimanların və yerin hökuməti Ona məxsus­dur. Sonra isə, Ona doğru qayıdacaqsınız.”[4]
4-Bundan əlavə, ərəb müşrikləri bütlərə pərəs­tiş etdiklərinə görə e`tiraza düçar olurdular:
مَا نَعْبُدُهُمْ إِلَّا لِیُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَى
“Biz bütlərə, yalnız buna görə pərəstiş edirik ki, bizi Allah dərgahına yaxın­laşdırsınlar.”[5]
Peyğəmbər də onların sözünü heç vaxt qəbul etmirdi.
Deməli, müşriklərin bütlər qarşısın­dakı pərəstişləri onların xaliq və raziq olduqlarına görə deyildi; əksinə (bütlərin) Allah dərgahında şəfaət etməsi üçün idi. hər kəs Allahdan qeyrisini şəfaətçi bilsə, ərəb müşrikləri kimidir və onların malı, canı və namusu mübahdır!
Vəhhabilərin tövhid və şirk məsələsi barə­sində əqidələrinin xülasəsi bunlardan ibarətdir.


[1] «Yusüf» surəsi, ayə:9.
[2] «Yunüs» surəsi, ayə:31.
[3] «Cin» surəsi, ayə:18
[4] «Cümə» surəsi, ayə:44
[5] «Zümər» surəsi, ayə:3.

İBNİ TEYMİYYƏNİN MÜVƏFFƏQİYYƏT QAZANA BİLMƏMƏSİ DƏLİLLƏRİ TƏNQİD VƏ MÜLAHİZƏLƏR
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma