ÖMƏR ÜCÜN “FARUQ” LƏQƏBİNİ ƏHLİ-KİTAB İXTİRA ETMİŞDİR?
İlk dəfə kimlər Ömər ibn Xəttabı “Faruq” adlandırmışdır?
Nəql olunur ki, Zuhriyə görə “ilk dəfə olaraq kitab əhli Ömərə “Faruq” ləqəbi vermiş və müsəlmanlar da onun təsiri altına düşmüşlər.
Nəql olunur ki, Zuhriyə görə “ilk dəfə olaraq kitab əhli Ömərə “Faruq” ləqəbi vermiş və müsəlmanlar da onun təsiri altına düşmüşlər.
Bu hədis Əli ibn Cəmil Rəqqinin düzəltdiyi saxta hədislərdəndir. Təbəranı onu nəql edərək yazır: “Bu hədis saxtadır. Əli ibn Cəmil həddindən artıq özündən hədis uyduran adamdır. Bu hədisi yalnız o nəql etmiş, Məruf ibn Əbi Məruf Bəlxi və Əziz ibn Əmr Xorasani – o da saxta hədis düzəldən bir adam olmuşdur – də bunu ondan oğurlamışlar.”
Bu hədisi peyğəmbərin (s) səhabələrindən 14 nəfər və peyğəmbərin (s) xanımlarından 2 nəfər nəql edib. Nəqllər müxtəlif məşhur kitablarda öz əksini tapıb.
İbn Hişamın nəqlinə görə Ömərin bacısı Fatimə və onun həyat yoldaşı Səid ibn Zeyd islamı qəbul etmişdi. Onlar bunu Ömərdən gizlədirdilər. Ömər ilk dəfə Quran ayəsini onlardan eşitdi və bu onun müsəlman olmasına səbəb oldu.
İbn Hişamın nəqlinə görə Ömərin bacısı Fatimə və onun həyat yoldaşı Səid ibn Zeyd islamı qəbul etmişdi. Onlar bunu Ömərdən gizlədirdilər. Ömər ilk dəfə Quran ayəsini onlardan eşitdi və bu onun müsəlman olmasına səbəb oldu.
Zəhəbi “Mizanul-etidal” kitabında yazır: “Bu hədis saxta və uydurmadır, Əli ibn Cəmil tərəfindən məşhurlaşmışdır. Əbul-Qasim Bəşran da “Əmali” kitabında onu Məhəmməd ibn Əbd ibn Amir Səmərqəndinin vasitəsilə nəql etmişdir. Qeyd etmək lazımdır ki, o, çox yalançı bir adam və həddindən artıq hədis düzəldən şəxs olub.”
Buxari həmin babi “Əbubəkrin qapısından başqa bütün qapıları bağlayın” ünvanı ilə qeyd etmiş, “xuxə” (pəncərə) kəlməsinin yerinə “bab” (qapı) kəlməsini işlətmişdir.
Buxarinin nəql etdiyi “Əbubəkrin pəncərəsi” hədisinin sənədində Fuleyh ibn Süleyman, Əkrəmə vardır. Onlar etibarlı hesab olunmur. İbn Əbil-Hədid Mötəzili yazır: “Qapıları bağlayın” hədisi yalnız Əli (əleyhis-salam) barəsində nəql olunmuşdur, amma Əbubəkrin tərəfdarları onu dəyişərək Əbubəkrə aid etmişlər. Buna görə də sözü gedən hədisi onun nəql etdiyi saxta hədislərdən biri kimi qeyd etmək olar.
İbn Cövziyə görə "Əlinin qapısı" hədisini şiələr onu “Səhiheyn”də qeyd olunan “Əbubəkrin pəncərəsi” hədisinin qarşısında düzəltmişlər. Lakin bu hədislər mütəvatir həddində olmaqla yanaşı səhih sənədlərə də malikdirlər. Amma "Əbubəkrin pəncərəsi" hədisi sənədinin səhih olmasını fərz etsək belə, vahid xəbərdir. Buna görə də o, mütəvatir hədislərlə müqayisə edilə bilməz.
“Qapıların bağlanması” hədisi bir çox məşhur əhli-sünnə kitablarında diqqət çəkir. Bu kitablarda sözü gedən hədis müxtəlif təriqlərlə nəql olunmuşdur. Əhməd, Nisai və Hakim onu güclü sənədlərlə nəql etmişlər. Həmçinin Təbəraninin “Əl-mü’cəmul-övsət” kitabındakı bu məzmunda nəql olunan hədis var.
رسول اللهِ(صلى الله عليه وآله)
أعطُوا الأجيرَ أجرَهُ ماداَم فى رَشحِهِ
مزد کارگر را هنگامى که هنوز عرق بر تن دارد بپردازيد
ميزان الحکمه، جلد 1، ص 40