ÖMƏRİN "FARUQ" VƏ ƏBUBƏKRİN "SİDDİQ" ADLANDIRILMASI

Əhli-sünnənin Ömərin “Faruq” və Əbubəkrin "Siddiq" adlandırılması barədə nəql etdikləri rəvayətin etibarı varmı?

Bu hədis Əli ibn Cəmil Rəqqinin düzəltdiyi saxta hədislərdəndir. Təbəranı onu nəql edərək yazır: “Bu hədis saxtadır. Əli ibn Cəmil həddindən artıq özündən hədis uyduran adamdır. Bu hədisi yalnız o nəql etmiş, Məruf ibn Əbi Məruf Bəlxi və Əziz ibn Əmr Xorasani – o da saxta hədis düzəldən bir adam olmuşdur – də bunu ondan oğurlamışlar.”

“BƏRAƏT” AYƏLƏRİNİN ƏBUBƏKRİN VASİTƏSİ İLƏ TƏBLİĞ

Allah tərəfindən “Bəraət” surəsinin ilk ayələrini çatdırmaq üçün kim seçilmişdi?

“Bəraət” surəsinin on ayəsi nazil olan zaman Peyğəmbər (s) Əbubəkri çağırdı və bu ayələri elan etmək üçün onu Məkkəyə yolladı. Sonra Əlini (ə) çağırıb buyurdu: “Özünü Əbubəkrə çatdır, hər yerdə görsən, məktubu ondan al və Məkkə əhlinə doğru gedib onlara elan et.” Bu rəvayət bir çox mənbələrdə qeyd olunmuşdur.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمام علىٌّ(عليه السلام)

اصْرِفْ إلى الآخِرةِ وَجهَکَ، واجْعَلْ للهِ جِدَّکَ

به آخرت روى آور و توان و کوشش خود را براى خدا مصروف کن

ميزان الحکمه، جلد 1، ص 58