Qısa cavab:
Zəhəbi “Mizanul-etidal” kitabında yazır: “Bu hədis saxta və uydurmadır, Əli ibn Cəmil tərəfindən məşhurlaşmışdır. Əbul-Qasim Bəşran da “Əmali” kitabında onu Məhəmməd ibn Əbd ibn Amir Səmərqəndinin vasitəsilə nəql etmişdir. Qeyd etmək lazımdır ki, o, çox yalançı bir adam və həddindən artıq hədis düzəldən şəxs olub.”
Ətraflı cavab:
Əhli-sünnət İbn Abbasdan Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişlər:
لَا اِلـٰهَ اِلاَّ اللهُ، مُحَمَّدٌ رَسُولُ اللهِ، اَبُو بَکْرٍ الصِّدِّیقُ، عُمَرُ الْفَارُوقُ، عُثْمَانُ ذُو النُّورَیْنِ
“Elə bir ağac yoxdur ki, onun hər bir yarpağının üzərində “La ilahə illəllah, Məhəmmədun rəsulullah, Əbubəkr Siddiq, Ömər Faruq və Osman Zun-nureyn yazılmamış olsun. ”
Cavabında deyirik: Bu hədis Əli ibn Cəmil Rəqqinin düzəltdiyi saxta hədislərdəndir. Təbəranı onu nəql edərək yazır: “Bu hədis saxtadır. Əli ibn Cəmil həddindən artıq özündən hədis uyduran adamdır. Bu hədisi yalnız o nəql etmiş, Məruf ibn Əbi Məruf Bəlxi və Əziz ibn Əmr Xorasani – o da saxta hədis düzəldən adam olmuşdur – də bunu ondan oğurlamışlar.” (1)
Əbu Nəim İsfahani bu hədisi Əli ibn Cəmil Vəzzanın vasitəsilə nəql etmişdir. (2)
Həmçinin Xəttəli “Əd-dibac” kitabında onu Əbdul-əziz ibn Əmr Xorasının vasitəsilə nəql edir ki, Zəhəbinin dediyinə görə, onda cəhalət vardır, rəvayət batildir və onu batil edən də Əbdul-Əzizdir. (3)
İbn Udey də onu Məruf Bəlxinin vasitəsilə nəql edəndən sonra yazır: “Bu Məruf tanınmaz şəxsdir, bəlkə də onu Əli ibn Cəmildən oğurlamışdır.” (4)
Zəhəbi də “Mizanul-etidal” kitabında (5) yazır: “Bu hədis saxta və cə’lidir, Əli ibn Cəmil tərəfindən məşhurlaşmışdır. Əbul-Qasim Bəşran da “Əmali” kitabında onu Məhəmməd ibn Əbd ibn Amir Səmərqəndinin vasitəsilə nəql etmişdir. Qeyd etmək lazımdır ki, o, çox yalançı bir adam və həddindən artıq hədis düzəldən şəxs idi.”
İbn Udey yazır: “O elə hədisləri nəql edirdi ki, onlara tabe olmaq mümkün deyildir.” (6)
Xətib Bəğdadi də Hüseyn ibn İbrahim Ehtiyatinin vasitəsilə Əli ibn Cəmil Vəzzadan nəql etmişdir. (7)
Zəhəbi hədisi bu yolla zikr etdikdən sonra yazır: "Bu hədis batildir və onda müttəhim olunan Hüseyn Ehtiyatidir." (8) Başqa bir yerdə yazır ki, bu hədis batildir. (9)
Həmçinin İbn Kəsir onu “Əl-bidayətu vən-nihayə” kitabında Təbəraninin vasitəsilə nəql edəndən sonra demişdir: “Bu hədis zəifdir, çünki, onun sənədində elə adamlar vardır ki, onların barəsində münaqişəli məsələ çoxdur və inkardan xali deyildir.” (10) (11)
Şərh qeydə alınmayıb