ÖMƏRİN QADINA EYNİ VAXTDA ÜÇ TALAQ VERİLMƏKLƏ BAĞLI FİTVASI

Ömər ibn Xəttabın qadına üç talaq verilməklə bağlı fikri nə idi? Bu nəzəriyyə Quran və peyğəmbər (s) sünnəsi ilə müvafiq idimi?

Nəql olunanlara görə qadına bir vaxtda üç dəfə talaq vermək Peyğəmbərin (s) sağlığında, Əbubəkrin dövründə, eləcə də Ömərin hakimiyyətinin əvvəlki iki ilində bir talaq hesab olunurdu. Amma Ömər həmin qanunu imzalayıb qüvvəyə mindirdi. Bu məsələ Quran ayələri ilə uyğunluq təşkil etmir.

İKİNCİ XƏLİFƏ ÖMƏRİN İMAM ƏLİNİN (ə) DOLĞUN ELM VƏ HİKMƏTİNƏ DAİR DEDİYİ SÖZLƏR

Ömər ibn Xəttab Əlinin (ə) elmi mövqeyini hansı ifadələrlə bəyan etmişdir?

Rəvayətə görə Qazı Şüreyh xəlifədən mürəkkəb bir sual soruşdu. Xəlifə və digər səhabələr bu sualın cavabını tapa bilmədikdə İmam Əlinin (ə) yanına getdilər. Həzrət uşaqların analarının südünü tərəzidə çəkməklə kimin oğlan və kimin qız anası olduğunu müəyyən etdi.

İKİNCİ XƏLİFƏNİN CABİYYƏ ETİRAFLARI

Ömər ibn Xəttabın Cabiyyədə xalqa söylədiyi sözlər hansı həqiqətləri üzə çıxarır?

Səhih sənədlərlə Ömərdən nəql olunan rəvayətə əsasən Ömər etiraf edir ki, dediyi üç elmdə yalnız özünün qeyd etdiyi üç nəfər xəlifənin müraciət etdiyi şəxslərdir və xəlifənin özü də əmlakın qorunub-saxlanması və bölüşdürülməsindən əlavə vəzifə daşımır.

MƏHƏMMƏD PEYĞƏMBƏRİN (s) QƏBİRİ İLƏ YANAŞI DƏFN OLUNMAQ ÖMƏR ÜÇÜN BÖYÜK BİR FƏZİLƏTDİR!

Ömər ibn Xəttabın peyğəmbərin (s) qəbrinin yanında dəfn olunması və bunun üçün Ayişədən icazə alınması xəlifə üçün bir fəzilət sayılırmı?

Rəvayətə görə İkinci xəlifə Ömər ibn Xəttab Məhəmməd peyğəmbərin (s) yanında dəfn olunması üçün Aişədən icazə aldı. Bu hərəkət “Biz peyğəmbərlər özümüzdən heç nəyi irs qoymuruq; bizdən qalan hər bir şey sədəqədir” hədisi ilə ziddiyyət daşıyır.

İKİNCİ XƏLİFƏNİN QEYR-ƏRƏBLƏRİN İRSİ İLƏ BAĞLI ƏQİDƏSİ

Ömər ibn Xəttabın qeyri-ərəblərin irsi ilə əlaqədar rəyi nə idi?

Səid ibn Müsəyyibin belə dediyini eşitmişdir: “Ömər ibn Xəttab qeyri-ərəbləri irsdən məhrum edirdi. İslam dininin zəruri məsələlərindən biri də budur ki, irs qanunu bütün müsəlmanlar arasında qüvvədədir: istər ərəb olsun, istərsə də əcəm, hər yerdə dünyaya gəlirsə-gəlsin və hər yerdə yaşayırsa-yaşasın.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمام عليٌّ(عليه السلام)

مِن أفضلِ الاختيارِ التَّحَلّي بالإيثار

بهترين گزينش، آراسته شدن به زيور ايثار است

ميزان الحکمه، جلد 1، ص 22