Qısa cavab:
Buxari həmin babi “Əbubəkrin qapısından başqa bütün qapıları bağlayın” ünvanı ilə qeyd etmiş, “xuxə” (pəncərə) kəlməsinin yerinə “bab” (qapı) kəlməsini işlətmişdir.
Ətraflı cavab:
Buxari bu hədisi “əl-xuxətu vəl-məmərru fil-məscid” bölməsində İbn Abbasdan qeyd etdikdən sonra “babul-mənaqib” adlı bir bölmədə bu hədisi təhrif edərək başqa ünvanla gətirmişdir ki, Əbubəkrin təhqir olunmasına dəlalət etməsin, əksinə həzrət Əli (əleyhis-salam) kimi onun da əzəmətini çatdırsın. Buna görə də həmin babi “Peyğəmbərin (səlləllahu əleyhi və səlləm) buyurduğu Əbubəkrin qapısından başqa bütün qapıları bağlayın” ünvanı ilə qeyd etmiş, “xuxə” (pəncərə) kəlməsinin yerinə “bab” (qapı) kəlməsini işlətmişdir. Bu təhrif mənanı çox dəyişdirir. Buna görə də “Səhihi Buxari”nin şərhçiləri bu təhrifin izahında iztiraba düşmüş və onu “mənanın nəql olunması” kimi izah etmişlər.
İbn Həcər yazır: “Buxarı “səlat” kitabında bu babi “suddu ənni kullə xuxətin” ifadəsi ilə qeyd etmişdir. Buna görə də demək olar ki, sanki, burada məna əsasında nəql baş vermişdir.” (1)
Buxarının təhrifinin izahında həmin təbiri Qazi Eyni də işlətmişdir. (2)
Amma həqiqət bundan ibarətdir ki, o təhrifi belə izah etmək olmaz. Əksinə, tam qərəzli mövqedən çıxış olunmuş, Əbubəkrin nöqsanını aradan qaldırmaq və onun fəzilətlərini İmam Əlinin fəzilətinə çatdırmaq məqsədi güdülmüşdür. (3)
Şərh qeydə alınmayıb