Qiyamət günü əməlləri gözlə görmək

Qiyamət günü əməlləri gözlə görmək nə deməkdir?

“Əməllərin göstərilməsi” ayələri üçün müxtəlif təfsirlər var. Onların zahiri mənası Qiyamət günü yaxşı və pis əməllərin təcəssümü və əməlin özünü görmək məsələsinə yeni bir təkiddir. Hətta əgər zərrə qədər yaxşı və ya pis əməl olsa, sahibinin qarşısında maddi formada təzahür edəcək və sahibi onu görəcəkdir.

 

Günahkarları cəzalandırılma səbəbləri

Allahın hər şeydən ehtiyacsız, heç bir gücə tabe olmadığı halda niyə günahkarları cəhənnəmə atır? Bu işdə hədəf nədir?

Bəşərin dünyadakı əməllərinin bir sıra qaçılmaz və ayrılmaz təsirləri vardır. Cəza və mükafatlar bizim əməllərimizin yaratdığı nəticə, rəftarlarımızdan doğan bilavasitə təsirlərdir. Bu üzdən gileylənib etiraz etməyə heç bir haqqımız yoxdur. İkincisi, Qiyamət gününün mükafat və cəzaları səmavi qanunların icrasını gerçəkləşdirir. Allah-Taala öz qəti və dəyişməz vədləri ilə bəndələrini yaxşı və xeyirxah işlərə dəvət edir, onları pis işlərdən çəkindirir. Burada pozuntu və ləğv ehtimalı olarsa, öz tərbiyəvi təsirini tamamilə itirər.

Cəhənnəmdəkilərin qidası

Qurani-kərimdə cəhənnəm əhlinin qidası necə təsvir olunur?

Quran “Zəqqum” ağacının xüsusiyyətlərindən söz açaraq buyurur: “Həqiqətən, Biz onu zalımlar üçün bir əzab vasitəsi etdik… Həqiqətən, onlar o qədər ondan yeyərlər ki, qarınlarını onunla doldurarlar. Sonra onlar üçün onun (həmin yeməyin) üstündən qaynar su ilə qarışmış çirkli içki vardır.”
 

Allahın sükutu

Allahın susması günahkarlar üçün ağır əzabdır?

Ayələrə görə Allah əhdləşmələrini pozan şəxslərlə Qiyamət günü danışmayacaq, onlar lütf nəzəri ilə baxmayacaq, onları günahdan paklamayacaqdır. Çünki digər ayələrdən məlum olur ki, o biri dünyada ən böyük ilahi nemətlərdən biri də Allahın inanclı insanlarla lütfkarlıqla söhbət etməsidir.

Zəfir və şəhiq

“Hud” surəsinin 106-cı ayəsində “zəfir” və “şəhiq” dedikdə nə nəzərdə tutulur?

Zəfir və şəhiq sözlərinin hər ikisi məsdərdir. Zəfir əslində çiyinə ağır yük götürməkdir. Ağır yük götürməyin insanın ah-naləsinə səbəb olduğuna görə ona zəfir deyilir. Şəhiq isə əslində “uzun olmaq” deməkdir. Necə ki, uca dağa “cəbəlun şahıq” deyilir. Həmçinin, uzun çəkən nalələr də şəhiq adlanır. Bütün hallarda hər iki söz qəm-qüssə içində nalə edən insanların fəryad və nalə səslərinə aid edilir.

 

Cəhənnəm əhlinin geyimi

Qurani-kərim “Həcc” surəsində, cəhənnəmə düşənlərin düçar olacaqları əzabları necə vəsf edir?

Allah-Taala Quran ayələrində kafirlər üçün nəzərdə tutulan dörd cür əzabdan söz açır. İlk olaraq onların geyimindən başlayaraq buyurur:
“Beləliklə küfr edənlər üçün atəşdən paltar biçilmişdir.”
Cümlə bəlkə də, alov dillərinin paltar kimi onların əyninə biçilib, tikilməsini bəyan etmək istəyir.

Alov

Cəhənnəm alovu necədir?

Allah-Taala Qurani-Kərimdə buyurur: “Alovun boğucu tüstüdən ibarət üç qolu olan kölgəyə tərəf gedin.”
Bir qolu baş üzərindən, bir qolu sağdan, bir qolu soldan. Bir sözlə hər tərəfdən ölümcül, qatı tüstü onları əhatə edir.
“Amma ürəklərə sakitlik gətirməyən bu kölgə cəhənnəm əhlini alovdan qorumaz. Onun özü oddan yaranmışdır.”

 

Günahkarlar məhşərdə

Günahkarlar Qiyamət günü məhşərə necə gətiriləcəklər?

Qurani-kərimdə belə bir cümlə var:
“Üzü üstə düşüb Cəhənnəmə tərəf məhşərə gələnlər ən pis yerdədirlər və onlar ən azğın insanlardır.” Bir qrup təfsirçilər bu qənaətə gəlmişlər ki, əzab mələkləri onları üzü üstə yerə yıxıldıqları halda sürüyə-sürüyə cəhənnəmə sarı apararlar.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمام علىٌّ(عليه السلام)

عندَ الإيثارِ على النَّفْسِ تَتَبيّنُ جَواهِرُ الکُرَماءِ

هنگام ايثار است که گوهر بزرگواران آشکار مى شود

ميزان الحکمه، جلد 1، ص 24