Qısa cavab:
Allah-Taala Qurani-Kərimdə buyurur: “Alovun boğucu tüstüdən ibarət üç qolu olan kölgəyə tərəf gedin.”
Bir qolu baş üzərindən, bir qolu sağdan, bir qolu soldan. Bir sözlə hər tərəfdən ölümcül, qatı tüstü onları əhatə edir.
“Amma ürəklərə sakitlik gətirməyən bu kölgə cəhənnəm əhlini alovdan qorumaz. Onun özü oddan yaranmışdır.”
Ətraflı cavab:
Bu suala “Mursəlat” surəsinin 29-33-cü ayələri ilə cavab vermək olar. Allah-Taala ayədə buyurur:
انْطَلِقُوا اِلى ظِلّ ذِی ثَلاثِ شُعَب
“Alovun boğucu tüstüdən ibarət üç qolu olan kölgəyə tərəf gedin.”
Bu qolu baş üzərindən, bir qolu sağdan, bir qolu soldan. Bir sözlə hər tərəfdən ölümcül, qatı tüstü onları əhatə edir.
لا ظَلِیل وَ لا یُغْنِی مِنَ اللَّهَبِ
“Amma ürəklərə sakitlik gətirməyən bu kölgə cəhənnəm əhlini odun şöləsindən qorumaz. Onun özü oddan yaranmışdır.”
“Kölgə” sözü oxucunun zehnində belə bir təsəvvür yarada bilər ki, orada alovun yandırıcı şölələrindən qoruyan kölgə var. Amma ayə bu təsəvvürü yanlış sayaraq buyurur:
Bu kölgə sizin təsəvvür etdiyiniz kölgə deyil. O, yandırıcı, boğucu, odun qatı tüstüsündən yaranan bir kölgədir və alovun hərarətini tamamilə əks etdirə bilir.
“Vaqiə” surəsinin “əshabuş-şimal” haqqında buyurduğu ayələr bu sözü təsdiq edir:
فِی سَمُوم وَ حَمِیم * وَ ظِلّ مِنْ یَحْمُوم * لا بارِد وَ لا کَرِیم
“Onlar öldürücü küləklərin və qaynar suyun hərarəti arasındadırlar. Və qatı və od yağdıran tüstünün gölgəsindədirlər. (Bu kölgə) nə sərindir, nə də xeyirli (və yararlı).” (1)
Bəzi təfsirçilərin nəzərinə görə bu üç qol onların dinin əsasları ilə, yəni, tövhid, nübüvvət və məadla bağlı üç təkzibin təcəssümüdür. Çünki məadın təkzibi, həqiqətdə tovhid və nübüvvətin təkzibidir. Bəzi alimlərin nəzərinə əsasən üç qol dedikdə günahın üç mənbəyi, yəni, qəzəb, ehtiras və xəyal nəzərdə tutulur. Bəli, qaranlıq tüstü şəhvətlərin qaranlıqlarına işarədir:
ز تاریکى خشم و شهوت، حذر کن! *** که از دود آن، چشمِ دل تیره گردد!
غضب چون در آید، رود عقل بیرون *** هوا چون شود چیره، جان خیره گردد!
Qəzəb və şəhvət zülmətindən qorx ki,
Tüstüsündən qəlbin gözü qaralar.
Qəzəb gəlsə ağıl gedər başından,
İstək zəfər çalsa, ruhu qaralar.
Daha sonra həmin odu bir daha vəsf edir:
اِنَّها تَرْمِی بِشَرَر کَالْقَصْرِ
Elə qığılcımlar saçar ki, sanki uca bir qəsrdir.
Bu qığılcımlar, bəzən iynə ucu qədərində olmayan dünya qığılcımları kimi deyil.
Qığılcımların qəsrə (saraya) bənzədilməsinin dərin mənası var. “Qığılcımları dağa bənzətmək daha münasib olardı” – deyə düşünənlər də var. Lakin unutmaq olmaz ki, qabaqkı ayələrdə qeyd olunduğu kimi dağlar müxtəlif nemətlərin mənbəyi, zülal suyun mənşəyidir. Yanar şölələrinin və alovlu qığılcımların mənşəyi isə zalımların qəsr və saraylarıdır.
Növbəti ayədə bu yanar alovun qığılcımları yenidən təsvir olunur:
کَاَنَّهُ جِمالَتٌ صُفْرٌ
“Sanki sarı rəngli dəvələrdir.”
“Cimalət” sözü “cəməl” sözünün cəmi və dəvə deməkdir. “Sufr” sözü isə “əsfər” sözünün cəmi olub, rəngi sarı olan bir şeyə deyilir. Bəzən tünd və qaraya çalan rənglərə də əfsər deyilir. Lakin burada birinci məna daha münasibdir. Çünki alov qığılcımları qırmızıya çalan sarı rəngdə olur.
Əvvəlki ayədə bu qığılcımlar hündürlük baxımından uca qəsrlərə bənzədilmişdir. Bu ayədə isə genişliyi, hər tərəfə yayılması baxımından hər tərəfə yayılmış sarı dəvələrə bənzədilmişdir. Qığılcımlar belə olduğu halda yandırıcı alovun öz keyfiyyəti və onun vasitəsilə hansı ağrılı əzabların olması məlum məsələdir. (2)
Şərh qeydə alınmayıb