Qısa cavab:
Qurani-kərimdə belə bir cümlə var:
“Üzü üstə düşüb Cəhənnəmə tərəf məhşərə gələnlər ən pis yerdədirlər və onlar ən azğın insanlardır.” Bir qrup təfsirçilər bu qənaətə gəlmişlər ki, əzab mələkləri onları üzü üstə yerə yıxıldıqları halda sürüyə-sürüyə cəhənnəmə sarı apararlar.
Ətraflı cavab:
Qurani-kərim “Furqan” surəsinin 34-cü ayəsində buyurur:
الَّذِینَ یُحْشَرُونَ عَلى وُجُوهِهِمْ اِلى جَهَنَّمَ اُوْلئِکَ شَرٌّ مَکاناً وَ اَضَلُّ سَبِیلاً
“Üzü üstə düşüb Cəhənnəmə tərəf məhşərə gələnlər ən pis yerdədirlər və onlar ən azğın insanlardır.”
Günahkar dəstənin üzü üstə məhşərə gətirilməsi nə deməkdir? Bu haqda təfsir alimləri arasında fikir ayrılığı çoxdur:
Bir qrup təfsirçilər ayəni olduğu kimi təfsir edirlər. Onlar bu qənaətə gəlmişlər ki, əzab mələkləri onları üzü üstə yerə yıxıldıqları halda sürüyə-sürüyə cəhənnəmə sarı apararlar. Bu, bir tərəfdən xarlıq və zillət əlamətidir. Çünki dünya həyatında son dərəcə təkəbbür, qürur və özünü başqalarından üstün saymaqla yaşayırdılar. Digər tərəfdən də bu dünyadakı azğınlıqlarının təcəssümüdür. Çünki üzü üstə sürünən şəxs əsla qarşısını görmür, ətrafda baş verənlərdən xəbərsizdir.
Bəzi təfsir alimləri isə onu məcazi mənada izah edərək demişlər: Bu cümlə qəlblərinin dünyaya bağlılığını göstərir. Yəni, onların qəlbləri hələ də dünyaya bağlı olduğundan cəhənnəmə tərəf sürüklənirlər.
Bəziləri isə hesab edirlər ki, ayədə ərəb ədəbiyyatında işlənən bir məsəlin üslubundan istifadə olunub. Məsəldə deyilir:
فُلانٌ مَرَّ عَلى وَجْهِهِ
“Filankəs üzü üstə getdi. Yəni, o hara getdiyini bimirdi.”
Lakin ayənin məcazi mənasını təsdiqləyən sübut olmadığı halda, birinci yəni, həqiqi məna əsas götürülməlidir. (1)
Şərh qeydə alınmayıb