Qısa cavab:
Quran “Zəqqum” ağacının xüsusiyyətlərindən söz açaraq buyurur: “Həqiqətən, Biz onu zalımlar üçün bir əzab vasitəsi etdik… Həqiqətən, onlar o qədər ondan yeyərlər ki, qarınlarını onunla doldurarlar. Sonra onlar üçün onun (həmin yeməyin) üstündən qaynar su ilə qarışmış çirkli içki vardır.”
Ətraflı cavab:
Bu sualın cavabı “Saffat” surəsinin 62-70-ci ayələrində verilmişdir. İlk öncə buyurur:
اذلِکَ خَیرٌ نُزُلا اَمْ شَجَرهُ الزَّقُومِ
“Cənnət əhlinin qonaq olduğu əbədi və könül oxşayan nemətlər yaxşıdır, yoxsa mənfur «zəqqum» ağacı?!”
Növbəti ayədə Quran “Zəqqum” ağacının xüsusiyyətlərindən söz açaraq buyurur:
انّا جَعَلْناها فِتْنَهً لِلظّالِمینَ
“Həqiqətən, Biz onu zalımlar üçün bir əzab vasitəsi etdik.”
Daha sonra əlavə edir:
انَّها شَجَرَهٌ تَخْرُجُ فى اَصْلِ الْجَحِیم
“O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən baş qaldırar.”
Sonrakı ayədə isə buyurur:
طَلْعُها کَاَنَّهُ رُوُسُ الشَّیاطینِ
“Tumurcuqları sanki şeytanların başlarıdır.”
Sonda buyurur:
فَاِنَّهُمْ لاَکِلُونَ مِنْها فَمالِوُنَ مِنْهَا الْبُطُونَ
“Həqiqətən, onlar o qədər ondan yeyərlər ki, qarınlarını onunla doldurarlar.”
Aydındır ki, xoşagəlməz və acı qida qəbulu susuzluq gətirər. Bəs, onlar susadiqda nə içirlər? Quran buyurur:
ثُمَّ اِنَّ لَهُمْ عَلَیْها لَشَوْباً مِنْ حَمیم
“Sonra onlar üçün onun (həmin yeməyin) üstündən qaynar su ilə qarışmış çirkli içki vardır.”
“Şəub” bir şeyin digər bir şeylə qatışığına deyilir. “Həmin” isə qaynar su mənasındadır. Bu üzdən içdikləri qaynar su həm də çirklidir.
Bunlar cəhənnəm əhlinin yemək və içməyidir. Bu ziayəfətdən sonra hara gedəcəklər?
ثُمَّ اِنَّ مَرْجِعَهُمْ لاَلَى الجَحِیمِ
“Sonra da onların dönüşləri Cəhənnəmə sarıdır".” (1)
Şərh qeydə alınmayıb