Qısa cavab:
Zərinin həqiqəti barədə təfsir alimləri arasında müxtəlif fikirlər var. Bəzilərinə görə “zəri” yerə yapışan tikan növüdür. Lüğətçi Xəlil “zəri” barədə yazır: “Zəri dəniz dibində yetişən yaşıl və pis qoxulu yosundur.” Hədisdə isə deyilir: “Zəri cəhənnəm atəşində kol kimi bir şeydir.”
Ətraflı cavab:
Zərinin həqiqəti barədə təfsir alimləri arasında fikir ayrılığı var:
Bəzilərinə görə “zəri” yerə yapışan tikan növüdür. Təravətli halda ərəblər onu şəbrəq adlandırırlar. Təravətini itirdikdən sonra isə ona zəri deyirlər. “Zəri” heyvanların yemədiyi bitki növüdür.
Lüğətçi Xəlil “zəri” barədə yazır: “Zəri dəniz dibində yetişən yaşıl və pis qoxulu yosundur.”
İbn Abbasın fikrincə isə zəri dünyadakı hər şeyi yandırıb külə döndərə biləcək alovlu axirət ağacıdır.
Həzrət peyğəmbərdən (s) nəql olunan bir hədisdə oxuyuruq:
اَلضَّرِیْعُ شَىْءٌ یَکُونُ فِى النّارِ یَشْبَهُ الشَّوْکَ، اَشَدُّ مَرارَهً مِنَ الصَّبْرِ، وَ اَنْتَنُ مِنَ الْجِیْفَهِ، وَ اَحَرُّ مِنَ النّارِ، سَمّاهُ اللّهُ ضَرِیْعاً
“Zəri cəhənnəm atəşində kol kimi bir şeydir. Səbrdən daha acı, ölmüş heyvan ətindən daya üfunətli, oddan daha yandırıcıdır. Allah-Taala ona zəri adı vermişdir.”
Bəzilərinin etiqadına görə zəri insanı alçaldan, təhqiramiz bir təamdır. Cəhənnəm əhli ondan yaxa qurtarmaq üçün Allah dərgahına yalvarıb sızlayarlar. (Diqqət etmək lazımdır ki, “zər” sözünün kökü ərəb dilində zəiflik, acizlik, zillət və kiçilməkdir). Bu təfsirlər arasında heç bir ziddiyyət yoxdur. Bütün versiyalar hamısı sözün mənasına aid ola bilər. (1)
Şərh qeydə alınmayıb