Qısa cavab:
Bəzi təfsirçilərə görə böyük atəş dedikdə cəhənnəmin ən aşağı mərtəbəsi, “əsfəlus-safilin” nəzərdə tutulur. Ora ən bədbəxt və ən inadkar insanların məkanıdır. Onların cəzaları ən ağır və ən dəhşətli əzab olmalıdır.
Ətraflı cavab:
“Narul-kubra” (böyük atəş) kəlməsinin mənası haqqında müxtəlif versiyalar var. Bəziləri hesab edirlər ki, böyük atəş dedikdə cəhənnəmin ən aşağı mərtəbəsi, “əsfəlus-safilin” nəzərdə tutulur. Ora ən bədbəxt və ən inadkar insanların məkanıdır. Onların cəzaları ən ağır və ən dəhşətli əzab olmalıdır.
Lakin bəzilərinə görə böyük atəş adlanması onun kiçik odla yəni, bu dünyanın odu ilə müqayisədə böyük olduğuna görədir. İmam Sadiq (ə) buyurur:
اِنَّ نارَکُمْ هذِهِ جُزْءٌ مِنْ سَبْعِیْنَ جُزْءً مِنْ نارِ جَهَنَّمَ، وَ قَدْ اُطْفِئَتْ سَبْعِیْنَ مَرَّهً بِالْماءِ ثُمَّ الْتَهَبَتْ وَ لَوْلا ذلِکَ مَا اسْتَطاعَ آدَمِىٌّ اَنْ یُطِیْقَها
“Sizin bu alovunuz cəhənnəm alovunun yetmiş qismindən bir qismidir ki, yetmiş dəfə su ilə söndürüləndən sonra alovlanmışdır. Belə olmasaydı heç bir insan onun hərarətinə dözə bilməz, onun kənarında dayana bilməzdi.”
Əmirəlmöminin Əlidən (ə) nəql olunmuş məşhur “Komeyl” duasında dünya odu ilə axirət odu müqayisəsinin şahidi oluruq:
عَلى اَنَّ ذلِکَ بَلاءٌ وَ مَکْرُوهٌ قَلِیْلٌ مَکْثُهُ یَسِیْرٌ بَقائُهُ قَصِیْرٌ مُدَّتُهُ
“Bu bəla və acının qalması az, ömrü qısa və müddəti azdır.” (1)
Şərh qeydə alınmayıb