Qısa cavab:
Zəfir və şəhiq sözlərinin hər ikisi məsdərdir. Zəfir əslində çiyinə ağır yük götürməkdir. Ağır yük götürməyin insanın ah-naləsinə səbəb olduğuna görə ona zəfir deyilir. Şəhiq isə əslində “uzun olmaq” deməkdir. Necə ki, uca dağa “cəbəlun şahıq” deyilir. Həmçinin, uzun çəkən nalələr də şəhiq adlanır. Bütün hallarda hər iki söz qəm-qüssə içində nalə edən insanların fəryad və nalə səslərinə aid edilir.
Ətraflı cavab:
Yuxarıdakı ayədə oxuyuruq:
فَاَمَّا الَّذینَ شَقُوا فَفِی النّارِ لَهُمْ فیها زَفیرٌ وَ شَهیقٌ
“Bədbəxtlərə gəlincə, onların cəhənnəm odu içərisində zəfir və şəhiqləri var, orada nalə və fəryad edərlər.”
Bu iki sözün mənası haqqında lüğət və təfsir alimləri fərqli ehtimallar irəli sürüblər. Bəziləri deyib: “Zəfir nəfəsi verməklə müşayiət olunan fəryada deyilir. Şəhiq isə nəfəsi köksünə almaqla yanaşı olan naləyə deyilir.
Bəzi digər alimlər zəfiri eşşək səsinin əvvəlinə, şəhiqi isə sonuna aid ebiblər. Çox ehtimal ki, ikinci məna, birinci məna ilə o qədər də fərqli deyil. Bütün hallarda hər iki söz qəm-qüssə içində nalə edən insanların fəryad və nalə səslərinə aid edilir. Nalələr günahkarların vücudlarını dolduran ağrının çoxluğundan və əzabın şiddətindən xəbər verir. Diqqət etmək lazımdır ki, zəfir və şəhiq sözlərinin hər ikisi məsdərdir. Zəfir əslində çiyinə ağır yük götürməkdir. Ağır yük götürməyin insanın ah-naləsinə səbəb olduğuna görə ona zəfir deyilir. Şəhiq isə əslində “uzun olmaq” deməkdir. Necə ki, uca dağa “cəbəlun şahıq” deyilir. Həmçinin, uzun çəkən nalələr də şəhiq adlanır. (1)
Şərh qeydə alınmayıb