SƏLİM QƏLB

Qiyamət günü yeganə nicat mənbəyi olan “Səlim qəlb” nə deməkdir?

Quran ayəsindən aydın olur ki, qiyamət günü "Qəlbi-səlim" yəni sağlam qəlbdən başqa bir şeyin faydası olmayacaq. “Səlim” sözü “səlamət” sözündən alınmış və hər hansı mənəvi xəstəlikdən, əxlaqi və əqidəvi azğınlıqdan uzaq olan qəlb mənasındadır. Əksinə müvafiqlər barəsində deyilir ki, Onların qəlblərində xəstəlik vardır, Allah da (inadkarlıqlarına görə) xəstəliklərini artırar. Səlim qəlbin nə olduğunu izah edən hədislər çoxdur. Onların birində deyilir ki, Səlim qəlb dünya sevgisindən salamat olan bir qəlbdir.

RÜŞVƏT VƏ TANIŞLIQ

Qiyamət günü əməllər hesablanarkən rüşvət və tanışlıq rol oynayırmı?

insanlar bu dünya həyatında cəzaların caynağından xilas olmaq üçün adətən ya pula, ya da tanışa arxalanırlar. Yəni cəza və töhmətləri aradan qaldırmaq üçün rüşvət və tanışlıqdan istifadə edirlər.
Əgər insanlar orada da bu kimi işlərin mümkünlüyünü təsəvvür etsələr, bu, onların məlumatsızlığından irəli gəlir.

ƏMƏL DƏFTƏRİNİN MAHİYYƏTİ

Əməl dəftəri nədir?

Quran ayələri və hədislərin toplumundan başa düşmək olur ki, insanın əməllərinin hamısı bütün xırdalıqları ilə həmin dəftərdə qeyd olunur. Şübhəsiz ki, bu dəftər adi kitab-dəftər və məktub növündən deyil. Ona görə də, bəzi təfsir alimləri demişlər ki, bu əməl dəftəri insanın ruhundan başqa bir şey deyil. Onun əməllərinin hamısının təsirini onda görmək olar. Biz hər əməli yerinə yetirərkən istər-istəməz bizim ruh və canımızda təsir qoyur.
 

ƏMƏL DƏFTƏRLƏRİ

Qurana əsasən "əməl dəftərləri" neçə növdur?

Quran ayələrindən aydın olur ki, qiyamət aləmində insanlar üçün üç cür kitab (əməl dəftəri) olacaq:
Onlardan birincisi, hamının bir yerdə əməllərindən hesab çəkmək üçün qoyulan vahid kitabdır. İkincisi, hər bir ümmətin malik olduğu kitabdır. Yəni bir ümmətin əməlləri o kitabda qeyd olunmuşdur. Üçüncü kitab isə ayrı-ayrılıqda hər bir insan üçün nəzərdə tutulan kitabdır.

NEMƏTLƏR HAQQINDA SUAL

Qiyamət günü hansı nemətlər haqqında sual olunacaq?

Bəzi alimlər hesab edirlər ki, bu nemətlər salamatlıq və asudə həyatdır. Bəzilərinə görə bu nemətlər sağlamlıq və əmin-amanlıqdır. Bəziləri isə deyirlər ki, bura bütün nemətləri daxil etmək olar.
Bir hədisdə Həzrət Əlidən (əleyhis-salam) belə nəql olunur:


"Nemətlər təzə xurma və sərin sudur!"

Müxtəlif hədislərdən belə başa düşmək olur ki, “Nəim” olduqca geniş mənaya malikdir və bütün ilahi nemətlərə o cümlədən, din, iman, İslam, Quran, vilayət kimi mənəvi nemətlərə, eləcə də fərdi və ictimai nemətlər daxil olmaqla müxtəlif maddi nemətlərə şamil olur. Amma, iman və vilayət kimi daha çox əhəmiyyət kəsb edən nemətlər haqqında daha çox sorğu-sual olunacaq və onların qədrini layiqincə bilib-bilmədiklərindən soruşulacaq.

MƏVAZİN

Qiyamət günündəki “məvazin” nə deməkdir?

“Məvazin” sözü “mizan” sözünün cəm formasıdır və dilimizdə ona tərəzi deyilir. Mizanın xüsusi çəki gözləri olan zahiri tərəzi mənasında olması vacib deyil, əksinə, hər bir çəki vasitəsinə mizan deyilə bilər. Burada cəm formasında olan “Məvazin” sözü haqq övliyasının və ilahi qanunların hər birinin ölçü vasitələrindən biri olmasını çatdırır.  

 

 

ƏMƏL DƏFTƏRİNİN VERİLMƏSİ

Qiyamət günü kafirlər və günahkarların əməl dəftərlərini onlara necə verəcəklər?

Quran ayələrində qeyd olunur ki, günahkarlara əməl dəftəri arxa tərəfindən sol əlinə verilər. Bu ayəni belə təfsir etmək olar ki, zülmkar günahkarların əməl dəftərləri onların sol əllərinə verilərkən onlar xəcalət və zillətdən əllərini arxalarına tutacaqlar ki, günah və rüsvayçılıq sənədləri gözlərə daha az görünsün, lakin faydası yoxdur, orada heç nəyi gizlətmək mümkün deyil.

SİCCİN

Günahkarların əməlləri qeyd olunan “Siccin” nə deməkdir?

Qurani-Kərimdə deyilir ki, pis əməl sahiblərinin əməl dəftərləri Siccindədir. Bəzi təfsirçilərə görə “Siccin” geniş və əhatəli bir kitabdır ki, Allah-taala insanlardan və cinlərdən olan kafir və fasiqlərin əməllərini o kitabda yazmışdır. Ayələrdən başa düşmək olur ki, bütün pis əməl sahiblərinin əməlləri bu kitabda toplanmışdır. Digər təfsir alimlərinə görə isə “Siccin” sözü pis adamlar üçün nəhəng bir zindan olan Cəhənnəm mənasındadır. “Günahkarların kitabı” dedikdə məqsəd onlar üçün nəzərdə tutulmuş son qərardır.

 

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمام عليٌّ(عليه السلام)

الإيثار فَضيلةٌ، الاحتِکارُ رَذيلةٌ

ايثار، فضيلت است و احتکار رذيلت و فرومايگى

ميزان الحکمه، جلد 1، ص 22