Qısa cavab:
insanlar bu dünya həyatında cəzaların caynağından xilas olmaq üçün adətən ya pula, ya da tanışa arxalanırlar. Yəni cəza və töhmətləri aradan qaldırmaq üçün rüşvət və tanışlıqdan istifadə edirlər.
Əgər insanlar orada da bu kimi işlərin mümkünlüyünü təsəvvür etsələr, bu, onların məlumatsızlığından irəli gəlir.
Ətraflı cavab:
Bilirik ki, Qiyamət gününün mahiyyəti nəticə almaq, əksül-əmələ çatmaqdır. Bu tərtiblə orada heç kəs əzabdan xilas olmaq üçün rüşvət, hədiyyə verə bilməz. Hətta əgər, yer üzünün bütün mülk və sərvətləri onun əlində olsa və əməllərinin cəzasından az miqdarını azaltmaq üçün onların hamısını bağışlasa, yenə də mümkün deyil. Çünki dünya “Darul-əməl”dir, axirət isə “Darul-hesab”dır. Həmçinin bir kəslə maddi dostluq etməsi heç bir halda insanı xilas edə bilməz. Sadə dil ilə desək, insanlar bu dünya həyatında cəzaların caynağından xilas olmaq üçün adətən ya pula, ya da tanışa arxalanırlar. Yəni cəza və töhmətləri aradan qaldırmaq üçün rüşvət və tanışlıqdan istifadə edirlər.
Əgər insanlar orada da bu kimi işlərin mümkünlüyünü təsəvvür etsələr, bu, onların məlumatsızlıq və nadanlıqlarına dair bir sübutdur.
"Şəfaət" məsələsinə gəldikdə isə, bu məsələdə heç bir maddi faktor rol oynamır. Bu zəmində nazil olmuş ayələri nəzərə almaqla başa düşmək olar ki, yalnız mənəvi bağlılıqların və bəzi xeyirxah əməllərin sayəsində əldə edilən ləyaqətin fonunda şəfaət tapmaq mümkündür. (1)
Şərh qeydə alınmayıb