Qısa cavab:
Quran ayələrində deyilir ki, ünahkarlar kitabda olanlardan qorxarlar. Onlar fəryad çəkərək deyərlər: “Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü yerdə qoymadan, istisnasız hamısını saymışdır!”
Ətraflı cavab:
Bu suala “Kəhf” surəsinin 49-cu ayəsindən cavab almaq olar. Allah-taala buyurur:
وَ وُضِعَ الْکِتابُ
"Və o kitab (bütün insanların əməllərinin böyük kitabı hamının görə biləcəyi bir yerə) qoyular."
فَتَرَى الْمُجْرِمِینَ مُشْفِقِینَ مِمّا فِیهِ
"Beləliklə, günahkarları onda olanlardan qorxan görərsən."
وَ یَقُولُونَ یا وَیْلَتَنا ما لِهذَا الْکِتابِ لایُغادِرُ صَغِیرَهً وَ لا کَبِیرَهً اِلاّ اَحْصاها
"Və bu vaxt onlar fəryad çəkərək deyərlər: “Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü yerdə qoymadan, istisnasız hamısını (toplamışdır) saymışdır!”"
Onların hamısını diqqətlə sayıb qeyd etmiş və heç nəyi gözdən qoymamışdır. Həqiqətən nə qədər qorxuludur! Biz bütün bu əməlləri unutmuşduq. Bəzən fikirləşirdik ki, əsla günah bir iş tutmamışıq, lakin bu gün görürük ki, məsuliyyət yükümüz çox ağır və sonumuz çox qaranlıqdır.
وَ وَجَدُوا ما عَمِلُوا حاضِراً
Bundan əlavə "Hamı öz əməllərini hazır görəcəkdir."
Yaxşılıq və pisliklər, zülm və ədalətli addımlar, əyriliklər və xəyanətlərin hamısı onların qarşısında təzahür edəcəkdir.
Həqiqətdə onlar öz əməllərinin aqibətinə düçar olacaqlar.
وَ لایَظْلِمُ رَبُّکَ اَحَداً
"Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir."
Onları tutub saxlayan bu dünyada etdikləri işlərdir. Buna görə də, onlar özlərindən başqa kimdən gileylənə bilərlər?! (1)
Şərh qeydə alınmayıb