Qısa cavab:
Quran ayələrindən aydın olur ki, qiyamət aləmində insanlar üçün üç cür kitab (əməl dəftəri) olacaq:
Onlardan birincisi, hamının bir yerdə əməllərindən hesab çəkmək üçün qoyulan vahid kitabdır. İkincisi, hər bir ümmətin malik olduğu kitabdır. Yəni bir ümmətin əməlləri o kitabda qeyd olunmuşdur. Üçüncü kitab isə ayrı-ayrılıqda hər bir insan üçün nəzərdə tutulan kitabdır.
Ətraflı cavab:
Quran ayələrinin məcmusundan başa düşmək olar ki, qiyamət aləmində insanlar üçün üç cür kitab (əməl dəftəri) olacaq:
Onlardan birincisi, hamının bir yerdə əməllərindən hesab çəkmək üçün qoyulan vahid kitabdır. Həqiqətdə, əvvəldən axıra bütün əməllər o kitabda qeyd olunmuşdur.
Belə ki, ayədə oxuyuruq:
وَ وُضِعَ الْکِتابُ
"Və o kitab (bəşəriyyətin əməllərinin böyük kitabı hamının görə biləcəyi bir yerə) qoyular."
Bu ayədə zahirdə bütün insanların hesaba çəkilməsi üçün vahid bir kitabdan söz açılır.
İkincisi, hər bir ümmətin malik olduğu kitabdır. Yəni bir ümmətin əməlləri o kitabda qeyd olunmuşdur. Necə ki, “Casiyə” surəsinin 28-ci ayəsində deyilir:
کُلُّ اُمَّه تُدْعى اِلى کِتابِها
"Hər bir ümmət öz kitabına tərəf çağırılacaq."
Üçüncü kitab isə ayrı-ayrılıqda hər bir insan üçün nəzərdə tutulan kitabdır. Belə ki, “İsra” surəsinin 13-cü ayəsində oxuyuruq:
وَ کُلَّ اِنسان اَلْزَمْناهُ طائِرَهُ فِی عُنُقِهِ وَ نُخْرِجُ لَهُ یَوْمَ الْقِیامَهِ کِتاباً..
"Hər bir insanın əməllərinin məsuliyyətini onun boynunda təyin etdik. Qiyamət günü onun üçün, açıq şəkildə görəcəyi bir yazı (kitab, namə) çıxararıq."
Aydındır ki, bu ayələr arasında heç bir ziddiyyət yoxdur. Çünki insanın əməllərinin müxtəlif kitablarda qeyd olunmasının heç bir eybi yoxdur. Necə ki, bu gün dünya proqramlarında onun bənzərinin şahidi oluruq. Bir ölkənin sistemini dəqiq təşkilatçılıq etmək üçün kiçik qurumların ayrı-ayrılıqda vəzifələri olduğu kimi böyük qurumların daxilində də vəzifələri və məsuliyyətləri vardır.
Amma bir məsələyə də diqqət yetirmək lazımdır ki, insanların Qiyamət günündəki əməl dəftərləri bu dünyanın adi kitab-dəftərinə bənzəmir. O dəftər (kitab, namə) sanki danışan, canlı bir məcmudur. İnsan əməlinin inkar olunmaz təbii məhsuludur.
O əməllər pərakəndə enerji şəklində bu dünyada dağılıb gözdən itir. Həqiqətdə isə yox olmur. (Bu günün elmi də sübut edir ki, hər hansı bir maddə və enerji heç bir zaman aradan getmir, daimi olaraq şəklini dəyişir.)
O gün bu itmiş enerjilər Allahın fərmanı ilə maddəyə çevriləcək və mütənasib formada təcəssüm edəcəkdir. Gözəl əməllər gözəl və xoşagələn şəkildə, pis əməllər isə çirkin formada təzahür edəcək. Bu əməllər bizimlə olacaqlar və bu üzdən sonuncu cümlədə yuxarıdakı ayələrdə buyurur:
وَ لایَظْلِمُ رَبُّکَ اَحَداً
"Və Allah bəndələrinə zülm etməz."
Çünki mükafat və cəzalar onların öz əməllərinin məhsuludur. (1)
Şərh qeydə alınmayıb