Qısa cavab:
Qurtubi öz təfsirində yazır: “Ömər “Bəqərə” surəsini onun fiqhi bəhsləri və içindəki mətləblərlə birlikdə on iki il müddətində öyrəndi.”
Ətraflı cavab:
Beyhəqi “Şuəbul-iman” kitabında (1), Qurtubi öz təfsirində səhih sənədlərlə Abdullah ibn Ömərdən belə nəql etmişlər: “Ömər “Bəqərə” surəsini on iki il ərzində öyrəndi. Onu öyrənəndən sonra bir dəvəni qurbanlıq etdi.” (2)
Qurtubi öz təfsirində yazır: (3) “Ömər “Bəqərə” surəsini onun fiqhi bəhsləri və içindəki mətləblərlə birlikdə on iki il müddətində öyrəndi.”
Bəlkə də mövcud olan əsərlərin çoxunda qeyd olunduğu kimi xəlifənin özü, eləcə də bəzi səhabələr bunun səbəbini belə izah edirlər ki, bazarda ticarətlə məşğul olmaq xəlifəni bu surəni öyrənməkdən saxlamışdır. (4) Yaxud da hafizəsinin zəif olduğuna görə mətləbi yaxşı öyrənərək əzbərləyə bilmir, bu səbəbdən nəzərdə tutulan ayələri hafizəsində saxlamaq üçün uzun müddətli təkrar və məşqə ehtiyac duyulurdu.
Ömər Peyğəmbərdən (səlləllahu əleyhi və alih) babadan qalan irsin hökmünü soruşduqda həzrət buyurmuşdu: “Mən güman edirəm ki, sən onu öyrənmədən dünyadan gedəcəksən.” (5) Həzrət onun barəsində “kəlalə” məsələsi ilə bağlı Həfsəyə xitab edərək buyurmuşdu: “Atanın onu öyrənəcəyinə inanmıram!” (6) Həzrətin buyurduğu “mənə elə gəlir ki, onu həyata keçirə bilməyəcək!” (7) və s. rəvayətlərin hamısı ikinci ehtimalı (hafizə zəifliyi) təsdiqləyir. Bu mətləbi təsdiqləyən digər məsələ də əhli-sünnət mənbələrində nəql olunan digər bir cümlədir: “Ömər Osmandan daha elmli və fəqih idi, lakin Quranı əzbərləmək onun üçün çox çətin idi.” (8)
Hər hansı səbəbdən olursa olsun, bu uzun müddətli öyrənmə Peyğəmbərin (səlləllahu əleyhi və alih) həyatı zamanı baş verməmişdi; çünki bütün təfsirçilər hesab edirlər ki, “Bəqərə” surəsi Həccətul-vidada nazil olan bir neçə ayə istisna olmaqla, bütünlüklə Mədinədə nazil olmuşdur. Ayişə deyirdi: ““Bəqərə” və “Nisa” surələri nazil olanda mən Peyğəmbərin yanında idim.” (9) Əhli-sünnətin əqidəsinə görə Allahın Pəsulu qəməri tarixi ilə 11-ci il, rəbiul-əvvəl ayında dünyadan getmişdir. Buna görə də Ömər “Bəqərə” surəsini o həzrətin özündən yox, bir neçə səhabədən öyrənmişdir.
Bu xəlifənin unutqanlığa düçar olduğu zamandan öncəki vəziyyəti idi. Amma unutqanlığa düçar olduqdan sonraya gəldikdə isə, Məhəmməd ibn Sirin belə nəql edir: “Ömər ömrünün sonlarında hafizəsi ilə bağlı ciddi problemlər yaşadı, o hətta namazın rükətlərinin sayını da unudardı. Buna görə də bir nəfəri öz qarşında qoyurdu ki, səhvə yol verdiyi zaman səhvini ona xatırlatsın. O şəxs hər vaxt Ömərə işarə edib “qalx” deyirdisə, qalxır, hər vaxt “ruku et” deyə işarə edirdisə, rüku edirdi.” (10) (11)
1-“Şuəbil-iman”, 2-ci cild, səh. 331, hədis: 1957
2-“Təfsir”, Qurtubi, 1-ci cild, səh. 34 və səh. 31-cdə deyilir: “O “Bəqərə” surəsini on ildən artıq müddət ərzində öyrəndi.” “Siyrətu Ömər”, İbn Covzi, səh. 165 (171); “Nəhcul-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 3-cü cild, səh. 111 (12-ci cild, səh. 66 (, xütbə 223; “Əd-durrul-mənsur”, 1-ci cild, səh. 21 (1-ci cild, səh. 54)
3-“Əl-camiu ləhkamil-Quran”, 1-ci cild, səh. 132 (1-ci cild, səh. 107).
4-“Səhihi Müslüm”, 2-ci cild, səh. 234 (4-cü cild, səh. 361), hədis: 36; “Kənzul-ummal”,
Şərh qeydə alınmayıb