Qısa cavab:
Rəvayətə görə İkinci xəlifə Ömər ibn Xəttab Məhəmməd peyğəmbərin (s) yanında dəfn olunması üçün Aişədən icazə aldı. Bu hərəkət “Biz peyğəmbərlər özümüzdən heç nəyi irs qoymuruq; bizdən qalan hər bir şey sədəqədir” hədisi ilə ziddiyyət daşıyır.
Ətraflı cavab:
Əmr ibn Meymundan nəql olunur ki, Ömər ibn Xəttab oğlu Abdullaha dedi:
– Ümmül-möminin Ayişənin yanına gedib de ki, Ömər sənə salam göndərir, amma “Əmirəl-möminin Ömər” demə. Çünki mən bu gün artıq möminlərin əmiri deyiləm. De ki, Ömər sizdən icazə istəyir ki, Peyğəmbərin və öz dostu Əbubəkrin yanında dəfn olunsun.
Abdullah Ayişənin yanına gəlib salam verdi, içəri girmək üçün icazə aldı. Otağa daxil olanda Ayişənin oturub ağladığını gördü, dedi:
– Ömər salam deyir və sizdən icazə istəyir ki, Peyğəmbərin və Əbubəkrin yanında dəfn olunsun.
Ayişə dedi:
– Oranı öz dəfnim üçün nəzərdə tutmuşdum. Amma indi onu özümdən üstün hesab edirəm.
Abdullah qayıtdı. Camaat onu görəndə dedilər: “Abdullah gəlir!“ Ömər dedi: “Məni qaldırın!” Bir nəfər onu qaldırıb söykədi. Ömər soruşdu:
– “Nə oldu?”
Abdullah dedi:
– “Möminlərin əmirinin istəyinə müsbət cavab verildi!”
Ömər dedi:
الحمد لله ما کان شیء اهمّ الیّ من ذلک المضجع ; فاذا انا قضیت فاحملونی وان ردّتنی فردّونی الى مقابر المسلمین
– “Allaha həmd olsun! Mənim üçün heç nə bu yerdə dəfn olunmaqdan mühüm deyildi. Mən dünyadan gedəndə cənazəmi ora aparın. Əgər Ayişə fikrindən dönsə, eybi yoxdur; məni müsəlmanların qəbiristanlığına aparıb orada dəfn edin!” (1)
Diqqət yetirilməlidir: Kaş Ömər nə üçün Ayişədən icazə almağının dəlillərini bizim üçün bəyan edəydi! Görəsən, Peyğəmbərin hücrəsi Ayişəyə irs çatmışdımı və o, həmin yerin sahibi olmuşdumu? Əgər belədirsə, onda Peyğəmbərə mənsub edilən
نَحْنُ مَعَاشِرَ اْلاَنْبِیَاءِ لَانُورِثُ مَا تَرَکْنَاهُ صَدَقَهٌ
“Biz peyğəmbərlər özümüzdən heç nəyi irs qoymuruq; bizdən qalan hər bir şey sədəqədir” bu saxta hədis necə qiymət vermək olar?!
Bəziləri bu hədisi əldə bəhanə tutmaqla Fədək ərazisini Fatimeyi-Zəhradan (ə) qəsb etdilər. Ayişə və Peyğəmbərin sair həyat yoldaşları özlərinin irsdən olan səkkizdə bir payını almağa gəldikləri zaman Əbubəkr onları irsdən məhrum etdi. (2)
Əgər Ömər bu rəvayətin səhih olmadığını o zaman başa düşmüşdüsə və özünün əvvəlki nəzərindən qayıtmışdısa, onda nə üçün Peyğəmbərin qızının vərəsələrindən icazə almadı?! Halbuki, onlardan icazə alınması başqalarının icazəsindən irəlidir! Çünki onlar həqiqi malik idilər, Ayişə isə Peyğəmbərin irsinin yalnız 8-də birindən 9-da birini irs aparırdı. Çünki həzrət vəfat edən zaman 9 arvadı var idi və buna görə də mübarək hücrənin 8-də birinin 9-da biri Ayişəyə çatırdı. Onun payı bəlkə də otağın bir qarışından da az idi.
Mümkündür əziz oxucu İbn Bəttalın dediyi aşağıdakı kəlamlarla qarşılaşmış olsun: “Ömər Ayişədən buna görə icazə alırdı ki, ora Ayişənin evi idi və buna haqqı çatırdı.” (3) Belə olduqda oxucu Ayişənin orada hüququ olduğunu güman edər və buna görə də onun icazəsinin lazım olduğunu fikirləşər. Lakin bilmək lazımdır ki, Ayişənin orada yalnız yaşamaq haqqı var idi, bu da mülkiyyətə səbəb olmur.
İbn Həcər “Fəthul-Bari” kitabında (4) yazır: “Ayişənin hücrənin sahibi olmasını isbat etmək üçün onun həmin evdə məskunlaşmasını, ona irs çatdığını və Ömərin orada dəfn edilməsi üçün ondan icazə almasını dəlil kimi qeyd etmişlər. Lakin bu kimi dəlillər qəbul oluna bilməz. Çünki məskunlaşdığına görə ona çatan haqqın ən çoxu ondan mənfəət aparmaq (istifadə etmək) hüququdur və mənfəət hüququ irs kimi kiməsə verilmir. Peyğəmbərin arvadlarının hökmü iddədə olan qadınların hökmü kimidir. Belə ki, Peyğəmbərin vəfatından sonra onların ərə getməyə haqları yox idi. (Buna görə də onlar iddə halında olan qadınlar kimi, həyat yoldaşının evində sadəcə məskunlaşdırmaq haqqına malik idilər.)
Deməli, Ümmül-möminin iddədə olan qadınlar kimi, Peyğəmbərin hücrəsində yalnız məskunlaşmaq hüququna malik idi və ev sahibi kimi ondan istifadə etmək haqqı yox idi.
Bəziləri İslamın digərlərinin əmlakından istifadə qanununa əhəmiyyət vermədən bu formada icazə almağı və xəlifənin orada dəfn edilməsini Ömər üçün fəzilət hesab etmişlər! (5)
Şərh qeydə alınmayıb