Qısa cavab:
Səid ibn Müsəyyibin belə dediyini eşitmişdir: “Ömər ibn Xəttab qeyri-ərəbləri irsdən məhrum edirdi. İslam dininin zəruri məsələlərindən biri də budur ki, irs qanunu bütün müsəlmanlar arasında qüvvədədir: istər ərəb olsun, istərsə də əcəm, hər yerdə dünyaya gəlirsə-gəlsin və hər yerdə yaşayırsa-yaşasın.
Ətraflı cavab:
Malikilərin imamı Malik düz danışan və etibarlı bir şəxsdən nəql edir ki, o, Səid ibn Müsəyyibin belə dediyini eşitmişdir: “Ömər ibn Xəttab qeyri-ərəbləri irsdən məhrum edirdi. Onlara yalnız bu şərtlə irs payı düşürdü ki, ərəblərin arasında dünyaya gəlmiş olsunlar.”
Malik deyir: “Əgər hamilə bir qadın düşmən ölkəsindən ərəb ölkəsinə gəlsə və orada uşaq dünyaya gətirsə, uşaq onun övladıdır. Əgər anası ölsə, övladı ondan irs aparır. Əgər övladı ölsə, anası ondan irs aparır. Onun irsi Allahın kitabında müəyyən olunmuşdur.” (1)
Diqqət: İslam dininin zəruri məsələlərindən biri də budur ki, irs qanunu bütün müsəlmanlar arasında qüvvədədir: istər ərəb olsun, istərsə də əcəm, hər yerdə dünyaya gəlirsə-gəlsin və hər yerdə yaşayırsa-yaşasın. Quranın və sünnənin aşkar bəyanı da həmin mətləbə dəlalət edir. Quranın ümumi hökmlərində istisna halı yoxdur. Ərəb olmaq, yaxud ərəblərin arasında dünyaya gəlmək bu qanunun şərtlərindən biri deyil. Həmçinin nə irsin şərtlərindən biri ərəblərin arasında dünyaya gəlməkdir, nə də islamın şərtlərindən biri ərəb olmaq. Məgər Allah-taalanın buyurduğu belə deyildirmi:
اِنَّمَا ا لْمُوْمِنُونَ اِخْوَه.
اِنَّ اَکْرَمَکُمْ عِندَ اللَّهِ اَتْقَاکُم
وَلَوْ جَعَلْنَاهُ قُرْءَانًا اَعْجَمِیًّا لَقَالُواْ لَوْلاَ فُصِّلَتْ آیَاتُهُ ءَاْعْجَمِىٌّ وَعَرَبِىٌّ
“Həqiqətən möminlər qardaşdırlar”, “Həqiqətən sizin Allah yanında ən əziziniz ən (çox) təqvalı olanınızdır” (3) “Əgər onu əcəm dilində olan bir Quran qərar versəydik, mütləq deyəcəkdilər: nə üçün onun ayələri aşkar deyildir?! (Əcəm dilində olan Quran Ərəb dilində danışan bir Peyğəmbərdən?!” “Müsəlmanlar bir-biri ilə əlaqədar darağın dişləri kimidir və təqvadan başqa heç nə ilə üstünlük qazana bilməzlər?!)
Həmçinin, Peyğəmbər (s) əzəmətli qeyd olunan həcc mərasimində (vida həccində) izdihamlı bir cəmiyyətin qarşında buyurmuşdur:
اَیُّهَا النَّاسُ اِنَّمَا الْمُوْمِنُونَ اِخْوَهٌ ، وَلاَ یَحِلُّ لِامْرِىٍ مَالُ اَخِیهِ اِلاَّ عَنْ طِیبِ نَفْسٍ مِنْهُ... اَیُّهَا النَّاسُ اِنَّ رَبَّکُمْ وَاحِدٌ ، وَاِنَّ اَبَاکُمْ وَاحِدٌ ، کُلُّکُمْ لِآدَمَ ، وَآدَمُ مِنْ تُرَابٍ ، اَکْرَمُکُمْ عِنْدَ اللهِ اَتْقَاکُمْ ، وَلَیْسَ لِعَرَبِیٍّ عَلَى عَجَمِیٍّ فَضْلٌ اِلاَّ بِالتَّقْوَى...
“Ey insanlar! Möminlər bir-biri ilə qardaşdırlar. Batini (qəlbən) razılıq olmadan bir möminin malı digərinə halal olmaz... Ey camaat! Sizin Pərvərdigarınız birdir, atanız birdir, hamınız Adəmdən doğulub-törəmişsiniz, Adəm də torpaqdan (yaranıb). Allah yanında ən əziz olanınız o kəsdir ki, hamıdan çox təqvalı olsun. Heç bir ərəbin qeyri-ərəbə üstünlüyü yoxdur. Üstünlük yalnız İlahi təqva ilə mümkündür.” (5)
Əhməd ibn Hənbəlin nəql etdiyi hədisdə isə belə qeyd olunur: (6)
اَلاَ لَا فَضْلَ لِعَرَبِیٍّ عَلَى عَجَمِیٍّ ، وَلاَ لِعَجَمِیٍّ عَلَى عَرَبِیٍّ ، وَلاَ اَسْوَدَ عَلَى اَحْمَرَ ، وَلاَ اَحْمَرَ عَلَى اَسْوَدَ اِلاَّ بِالتَّقْوَى
“Agah olun! Heç bir ərəbin əcəmə, əcəmin ərəbə; heç bir zəncinin qırmızı dəriliyə, qırmızı dərilinin zənciyə üstünlüyü yoxdur! Üstünlük yalnız təqva ilədir.”
Heysəmi yazır: (7) “Bu hədisin sənədi səhihdir.”
Məhəmməd peyğəmbərin (s) təlimləri və müxtəlif təbəqələrdən olan fəzilətli, təqvalı insanlara qiymət verməsi hamının gözləri önündədir. O cümlədən, “Salman biz Əhli-beytdəndir.” (8), “Əgər elm Sürəyya ulduzunda olsaydı, fars övladlarından bir qrupu mütləq ona əl tapardılar” (9) və bu qəbildən olan çoxlu gözəl kəlamları qeyd etmək olar.
Buna əsasən, hər bir müsəlmana vacibdir ki, Peyğəmbərin (s) buyurduğu bu kəlamları heç vaxt unutmasın:
لَیْسَ مِنَّا مَنْ دَعَا اِلَى عَصَبِیَّهٍ ، وَلَیْسَ مِنَّا مَنْ قَاتَلَ عَلَى عَصَبِیَّهٍ ، وَلَیْسَ مِنَّا مَنْ مَاتَ عَلَى عَصَبِیَّهٍ
“Camaatı qohum-qəbilə təəssüblərinə çağıran bir kimsə bizdən deyildir. Təəssüb üzündən mübarizə edib döyüşən kimsə bizdən deyildir. Təəssüb üzündən ölən bir kimsə bizdən deyildir.” (10)
Çünki buyurur:
مَنْ قَاتَلَ تَحْتَ رَایَهٍ عَمِیَّهٍ یَغْضِبُ لِلْعَصَبِیَّهِ اَوْ یَدْعُو اِلَى عَصَبِیَّهٍ اَوْ یَنْصُرُ عَصَبِیَّهً فَقُتِلَ فَقَتْلُهُ جَاهِلِیَّهٌ
Şərh qeydə alınmayıb