QƏDR GECƏSİ QURANIN NAZİL OLDUĞU GECƏDİR

Tarix, Quranın məzmunu və ayələrin şəni-nuzulu baxımından, həmçinin Məhəmməd peyğəmbərin (s) həyat tarixçəsindən bizə məlum olur ki, Qurani-kərim 23 il ərzində tədricən nazil olub. Halbuki, uyğun surədə Quranın Ramazan ayında, Qədr gecəsində nazil olması qeyd olunur. Bu məsələ (birdəfəyə və tədricən nazilolma) bir-birilə ziddiyət təşkil etmirmi?

Bir çox tədqiqatçılar bu sualın cavabında deyirlər ki, Quran iki şəkildə nazil olub:
1. Bütövlükdə nazil olma: Quran bütövlükdə (birdəfəyə) bir gecədə Peyğəmbərin (s) mübarək qəlbinə ya Beytul-Məmura və ya Lövhi-məhfuzdan dünya səmasına nazil oldu.
2. Tədricən nazil olma: Həzrət Məhəmmədin (s) 23 illik peyğəmbərlik dövründə nazil olmuşdur. (2)

QƏDR GECƏSİ MİN AYDAN ÜSTÜNDÜR

Qədr gecəsi necə min aydan üstündür?

İlk baxışda (ayənin zahirindən) belə başa düşülür ki, “Qədr” gecəsinin min aydan üstün olması, onda edilən ibadətin və o gecədə saxlanılan əhyanın dəyəri baxımındandır. Qədr gecəsinin fəziləti və o gecədə edilən ibadətin savabı barədə şiə və əhli-sünnə kitablarında geniş şəkildə qeyd olunan rəvayətlər bu mənanı təsdiqləyir.

QƏZA VƏ QƏDƏRİN İNSAN İXTİYARI İLƏ ZİDİYYƏT TƏŞKİL ETMƏMƏSİ

Qəza və qədər dedikdə məqsəd nədir?

İlahi təqdirlə tanış olduğumuz zaman, başa düşəcəyik ki, varlıq aləmində yaşayış mühiti və failin (iş görənin) iradəsindən kənar "qəza və qədər" adlı bir amil yoxdur. Misal üçün Tənbəllik və işsizliyi seçən, bir-biri ilə ixtilaf və ziddiyyətə düçar olan və Allahın verdiyi qüvvə və enerjini yanlış yollarda sərf edərək hədər edən, öz zaman və mühitinin vəziyyətindən xəbərsiz olan və şəxsi mənafeyini güdməklə öz həmcins və həmnövlərindən bixəbər olan millət barədə ilahi təqdir gec-tez onların bir-birindən ayrılaraq (parçalanaraq) məhv olmasından ibarətdir.

QƏDR GECƏSİNİN TƏYİN EDİLMƏSİ

: Qədr gecəsi hansı gecədir?

Bu barədə çoxlu nəzəriyyələr irəli sürülmüş və təfsirlər yazılmışdır. Qədr gecəsinin 1, 17, 19, 21, 23, 27 və 29-cu gecə olduğunu söyləmişlər. Amma məşhur rəvayətlərə istinadən Qədr gecəsinin Ramazan ayının son ongünlüyündə, 21-ci və ya 23-cü gecəsində olduğu qeyd olunur. Rəvayətlərdə də Allah Rəsulunun (s) son ongünlükdə bütün gecəni oyaq qalaraq əhya saxlaması və ibadət etməsi bildirilmişdir.

 

BİZİM CƏHD VƏ FƏALİYYƏTLƏRİMİZLƏ İLAHİ TƏQDİRİN ƏLAQƏSİ

İlahi təqdirlə bizim fəaliyyətlərimiz arasındakı bağlılıq nədən ibarətdir?

Bizim səylərimiz, həmçinin qüdrət dairəmizdən xaric olan məsələlər yeganə hökmran olan Allahın ixtiyarındadır və Allahın hikmət, iradə və elminə əsaslanan səbəb-nəticə qanununun tələbinə əsasən təqdir edilənlər həyata keçəcək. Hər kəs əldə etdiyi ləyaqətə uyğun şəkildə təqdirə layiq görülür.

 

QƏDR GECƏLƏRİNİN ƏMƏLLƏRİ

Qədr gecələrinin əməlləri hansılardır?

Qədr gecələrinin əməlləri iki qismə bölünür: üç Qədr gecəsi üçün müştərək olan əməllər və hər birinin özünəməxsus əməlləri. Qüsl etmək, oyaq qalmaq, 100 rükət namaz qılmaq və dua oxumaq bu gecələrin müştərək əməllərindən sayılır. Eyni zamanda hər gecənin özünə məxsus əməlləri də var.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

قال ابي عبدالله (عليه السلام)

النَّظَرُ إِلَى الْکَعْبَةِ عِبَادَةٌ، وَ النَّظَرُ إِلَى الْوَالِدَيْنِ عِبَادَةٌ، وَ النَّظَرُ إِلَى الاِْمَامِ عِبَادَةٌ.

نگاه به کعبه عبادت است، نگاه به پدر و مادر عبادت است، و نگاه به ]چهره[ امام عبادت است.

کافى: 4/240/50