Qısa cavab:
İlk baxışda (ayənin zahirindən) belə başa düşülür ki, “Qədr” gecəsinin min aydan üstün olması, onda edilən ibadətin və o gecədə saxlanılan əhyanın dəyəri baxımındandır. Qədr gecəsinin fəziləti və o gecədə edilən ibadətin savabı barədə şiə və əhli-sünnə kitablarında geniş şəkildə qeyd olunan rəvayətlər bu mənanı təsdiqləyir.
Ətraflı cavab:
Bundan əlavə, Quran, ilahi rəhmət və bərəkətin bu gecədə nazil olması Qədr gecəsinin min aydan üstün olmasına səbəb olur.
İmam Sadiq (ə) bir hədisdə Əbu Həmzə Somaliyə buyurur: “Qədr gecəsinin savabını Ramazan ayının iyirmi bir və iyirmi üçüncü gecələrində axtar (tələb et)! Bu gecələrin hər birində yüz rükət namaz qıl, əgər bacarsan, hər iki gecəni günəş doğana qədər əhya saxla və o gecədə qüsl al!”
Ravi o həzrətdən belə soruşduğunu nəql edir: “Əgər bu namazları ayaq üstə qıla bilməsəm necə?”
–Oturan halda qıl.
–Əgər oturan halda da bacarmazsam?
–Yatağında qıl.
Gecənin başlanğıcında bir az yatdıqdan sonra, oyanıb ibadət etməyin heç bir maneəsi yoxdur. Ramazan ayında səmanın qapıları açılmışdır, şeytanlar zəncirdədir və möminlərin əməlləri qəbul olunur. Ramazan ayı necə də gözəl bir aydır!” (1)
Şərh qeydə alınmayıb