Qısa cavab:
Bizim səylərimiz, həmçinin qüdrət dairəmizdən xaric olan məsələlər yeganə hökmran olan Allahın ixtiyarındadır və Allahın hikmət, iradə və elminə əsaslanan səbəb-nəticə qanununun tələbinə əsasən təqdir edilənlər həyata keçəcək. Hər kəs əldə etdiyi ləyaqətə uyğun şəkildə təqdirə layiq görülür.
Ətraflı cavab:
Şübhəsiz, bizim taleyimiz cəhd, fəaliyyət və işlərimizlə əlaqədar olduğu həddə öz əlimizdədir. Quran ayələri də aşkarcasına bu mövzunu bəyan edir. Məsələn:
و ان لَیْسَ لِلاْنْسانِ الاّ ما سعى
"İnsana öz səy və fəaliyyətindən başqa, heç bir şey (fayda) yoxdur." (1)
کُلُّ نَفْس بِمَا کَسَبَتْ رَهینَهٌ
"Hər kəs öz əməlinin girovundadır." (2)
Amma bizim səylərimiz, həmçinin qüdrət dairəmizdən xaric olan məsələlər yeganə hökmran olan Allahın ixtiyarındadır və Allahın hikmət, iradə və elminə əsaslanan səbəb-nəticə qanununun tələbinə əsasən təqdir edilən şeylər həyata keçəcək.
Mömin insanlan Allahın elm, hikmət və lütfünə imanlı olduqları üçün bütün bu təqdir və müqəddəratı ən yaxşı (üstün) yaradılış sistemi və bəndələrin məsləhətinə uyğun hesab edirlər. Hər kəs əldə etdiyi ləyaqətə uyğun şəkildə təqdirə layiq görülür. Yəni, münafiq, tənbəl, pərakəndə bir cəmiyyət məhv olmağa məhkumdur və onlar üçün belə bir tale qaçılmazdır, amma imanlı, ayıq və etiqadlı bir cəmiyyətin qələbədən başqa, digər bir taleyi (aqibəti) yoxdur. (3)
Şərh qeydə alınmayıb