Qısa cavab:
Peyğəmbərdən (s) nəql edilən bir hədisdə belə deyilir: “Allah Qədr gecəsini mənim ümmətimə bəxş etdi və əvvəlki ümmətlərdən heç birinə bu nemət verilməmişdir.”
Ətraflı cavab:
Cavabımız “Xeyr!” olacaqdır.
قال رسول الله (ص ):اِنَّ اللّهَ وَهَبَ لاِمَّتِى لَیْلَهَ الْقَدْرِ لَمْ یُعْطِها مَنْ کانَ قَبْلَهُمْ
Peyğəmbərdən (s) nəql edilən bir hədisdə belə deyilir: “Allah Qədr gecəsini mənim ümmətimə bəxş etdi və əvvəlki ümmətlərdən heç birinə bu nemət verilməmişdir.” (1)
Qədr gecəsi yalnız peyğəmbərin (s) yaşadığı dövrə və Quranın nazil olduğu gecəyə şamil olub, ya yox?
Bu surənin zahiri Qədr gecəsinin yalnız Peyğəmbər (s) yaşadığı dövrə və Quranın nazil olduğu gecəyə şamil olmadığını bildirir. Həqiqətdə, “Qədr gecəsi” Peyğəmbərin (s) yaşadığı dövrdə hər il olmuş və dünyanın sonuna qədər də bu hadisə təkrar olacaqdır.
Uyğun surədə gələcək zamanla bağlı ardıcıllığa dəlalət edən “enərlər” felinin və həmçinin, isimlə başlayıb davamlılığa dəlalət edən “O gecə dan yeri sökülənə kimi salamatlıqdır!” – cümləsinin işlənməsi bunu bir daha təsdiqləyir. (2)
Bundan əlavə, bir çox rəvayətlərdə bu işin gələcəkdə də baş verəcəyi bildirilmişdir. (3)
Şərh qeydə alınmayıb