Qısa cavab:
“Ət-tənad” sözü “nida” kökündəndir və səsləmək deməkdir. Təfsirçilər qiyamət gününə “Yovm ət-tənad” adının verilməsi haqda müxtəlif izahlar vermişlər. Misal üçün bu ad cəhənnəm əhlinin cənnət əhlini səslədiyinə görədir. Yaxud da bu ad insanların bir-birlərini çağırdıqlarına və bir-birlərinə pənah apardıqlarına və bir-birlərindən yardım istədiklərinə görədir.
Ətraflı cavab:
“Qafir” surəsinin 32-ci ayəsində deyilir:
وَ یا قَوْمِ اِنِّى اَخافُ عَلَیْکُمْ یَوْمَ التَّنادِ
“Ey qövm! Həqiqətən mən sizin üçün «bir-birini səsləmə» günündən (insanların qorxudan bir-birlərini köməyə çağıracaqları gündən) qorxuram.”
“Ət-tənad” sözü “nida” kökündəndir və səsləmək deməkdir. Təfsirçilər arasında “Yovm ət-tənad”-ın Qiyamət gününün adlarından biri olması məşhurdur. Onların hər biri bu ad üçün bir-birinə bənzəyən müəyyən izahlar vermişlər.
Bəzi alimlərə görə bu ad cəhənnəm əhlinin cənnət əhlini səslədiyinə görədir. Belə ki, Quranda deyilir:
وَ نَادى اصحابُ النّارِ اَصْحابَ الْجَنَّهِ اَنْ اَفِیضُوا عَلَیْنَا مِنَ الْماءِ اَوْ مِمّا رَزَقَکُمُ اللهُ
“Cəhənnəm əhli Cənnət əhlini səsləyərlər ki, Allahın sizə verdiyi su və ruzidən bir azını bizə bağışlayın.”
Onlar cavabında deyərlər:
انَّ اللهَ حَرَّمَهُما عَلَى الکافِرِینَ
“Allah bunları kafirlərə haram etmişdir.”
Yaxud da bu ad insanların bir-birlərini çağırdıqlarına və bir-birlərinə pənah apardıqlarına və bir-birlərindən yardım istədiklərinə görədir.
Yaxud da mələklərin onları hesab çəkilmək üçün səslədiklərinə və onların da mələklərdən kömək istədiklərinə görə Qiyamət gününə verilmişdir.
Bəlkə də bu ad Məhşərin nida edənlərinin “Allahın lənəti zalımlara olsun!” – deyə nidalarına görədir.
Həmçinin bu ad Qiyamət gününə əməl dəftərləri əllərinə verilərkən mömin insanın şövqdən “Bu mənim əməl dəftərimdir, gəlin ay camaat və oxuyun!” deyə fəryadına görə ola bilər. (1)
Şərh qeydə alınmayıb