Qısa cavab:
“Əşrat əs-saə” Qiyamətin yaxınlaşmasını göstərən əlamətlərə deyilir. Bir çox təfsir alimlərinə görə “Məhəmməd” surəsindəki “Əşrat əs-saə” ifadəsində İslam peyğəmbərinin (s) gəlişi nəzərdə tutulur. Bu ifadə üçün digər təfsirlər də mövcuddur. Hədislərdə də bu haqda müxtəlif izahlar nəql olunur. Məsələn, peyğəmbərdən (s) nəql olunur ki, “Əşrat əs-saə” yəni qiyamətin əlamətləri elmin bitməsi, cəhlin aşkar olması, şərab içilməsi və zinanın çoxluğudur.”
Ətraflı cavab:
“Əşrat” sözü əlamət mənasından işlənən “şərt” sözünün cəm formasıdır. “Əşrat əs-saə” Qiyamətin yaxınlaşmasını göstərən əlamətlərə deyilir. Şiə və əhli-sünnət qaynaqlarında çox sayda hədislərdə bu haqda bəhs açılmışdır.
Təfsir alimlərinin çoxu bu əqidədədir ki, “Məhəmməd” surəsinin 18-ci ayəsindəki “Əşrat əs-saə” İslam peyğəmbərinin (sallallahu əleyhi və alih) gəlişi nəzərdə tutulur. Həzrətin özündən nəql olunan hədis bu məsələni təsdiqləyir.
بُعِثْتُ اَنَا وَ السّاعَهُ کَهاتَیْنِ وَ ضَمَّ السَّبابَهَ وَ الْوُسْطى
"Mənim peyğəmbərliyim ilə Qiyamət bu ikisi kimidir. Bunu deyib həzrət iki barmağını, yəni bir-birinin kənarında olan orta və işarə (şəhadət) barmağını göstərdi."
Bəzi alimlər “şəqqul-qəmər” və peyğəmbərin (sallallahu əleyhi və alih) əsrində baş verən bir neçə digər hadisəni də “Əşrat əs-saə”nin bir hissəsi sayırlar.
Bu haqda müxtəlif hədislər nəql olunur ki, ələlxüsus çox sayda günahların camaat içində geniş yayılması qiyamətin yaxınlaşmasının əlamətləri kimi təqdim olunur.
O cümlədən Şeyx Mufidin “Rövzət əl-vaizin” kitabında peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql etdiyi hədisi misal çəkmək olar. Hədisdə həzrət buyurur:
مِنْ اَشْراطِ السّاعَهِ اَنْ یُرْفَعَ الْعِلْمُ، وَ یَظْهَرَ الْجَهْلُ، وَ یُشْرَبُ الْخَمْرُ وَ یَفْشُو الزِّنا
“Qiyamətin əlamətlərindən elmin bitməsi, cəhlin aşkar olması, şərab içilməsi və zinanın çoxluğudur.”
Hətta Həzrət Məhdinin (əleyhis-salam) qiyamı kimi əhəmiyyətli və böyük hadisələr də “Əşratus-saə” dən sayılmışdır. Bəlkə də burada bu sual irəli gələ bilər ki, nə üçün peyğəmbərin (səllallahu əleyhi və alih) hərəkatını qiyamətin yaxınlaşmasının əlamətlərindən saymaq olar? Halbuki 15 əsr keçsə də qiyamətdən heç bir xəbər-ətər yoxdur.
Bu sualın cavabı bir məsələyə diqqət etməklə aydın olur. O budur ki, dünyanın qalan hissəsini keçmişi ilə müqayisə etməklə hesablamaq lazımdır. Belə bir müqayisədə dünyanın ömrünün qalan hissəsi o qədər də əhəmiyyətli bir şey deyil. Necə ki, hədisdə Böyük İslam peyğəmbərindən (sallallahu əleyhi və alih) belə nəql olunur:
Bir gün həzrət əsrdən sonra günbatan vaxtı öz səhabələri üçün xütbə oxuyaraq buyurdu:
الَّذِی نَفْسُ مُحَمَّد(صلى الله علیه وآله)بِیَدِهِ مَثَلُ ما مَضى مِنَ الدُّنْیا فِیْما بَقِىَ مِنْها اِلاّ مَثَلُ ما مَضى مِنْ یَوْمِکُمْ هذا فِیْما بَقِىَ مِنْهُ، وَ ما بَقِىَ مِنْهُ اِلاَّ الْیَسِیْرُ
Şərh qeydə alınmayıb