Qısa cavab:
Quranda da Qiyamət günü “Həsrət günü” adı ilə adlandırılmışdır. Çünki müqəssir insanlar həmin gün özlərini əbədi həyat qarşısında ən pis şəraitdə görürlər. Halbuki bir neçə gün səbirli olmaqla, nəfslə mübarizə etməklə, cihad və fədakarlıqla həyatlarını iftixarlı və səadət dolu bir həyata çevirə bilərdilər. Hətta xeyirxah insanlar üçün də təəssüflü gündür. Ona görə təəssüf edirlər ki, nə üçün daha çox xeyir işlər görmədik?!
Ətraflı cavab:
“Furqan” surəsinin 27-ci ayəsinə azacıq diqqət etməklə bu suala cavab tapmaq olar. Allah-taala buyurur:
وَ یَوْمَ یَعَضُّ الظّالِمُ عَلى یَدَیْهِ یَقُولُ یا لَیْتَنِى اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبیلا
"Və (yada sal) o gün(ü) ki, zalım həsrətin çoxluğundan öz əllərinin arxasını çeynəyərək deyəcək: “Kaş peyğəmbərlə birlikdə bir yol tutaydım.”
“Yəəzzu” sözü “əzzə” kökündən götürülmüşdür və dişləmək mənasında işlənir. Bu söz adətən həsrət və peşmançılıqdan əzab çəkən insan haqqında işlənir. Fars dilində də buna oxşar zərbi-məsəl var ki, filankəs həsrət barmağını dişləri ilə çeynəyir.
Bu iş bəlkə də buna görədir ki, belə şəxslər öz keçmişlərinə boylananda özlərini müqəssir bilir və özlərindən intiqam almaq qərarına gəlirlər. Onlar bu intiqamın sayəsində azacıq da olsa təskinlik tapırlar.
Həqiqətən həmin günü “həsrət günü” adlandırmaq lazımdır. Quranda da Qiyamət günü həmin adla adlandırılmışdır. Müqəssir insanlar özlərini əbədi həyat qarşısında ən pis şəraitdə görürlər. Halbuki bir neçə gün səbirli olmaqla, nəfslə mübarizə etməklə, cihad və fədakarlıqla həyatlarını iftixarlı və səadət dolu bir həyata çevirə bilərdilər. Hətta xeyirxah insanlar üçün də təəssüflü gündür. Ona görə təəssüf edirlər ki, nə üçün daha çox xeyir işlər görmədik?! (1)
Şərh qeydə alınmayıb