Qısa cavab:
Qurani-Kərimdə qiyamətin müxtəlif adlarını görmək olar. O cümlədən, “Yovm əl-həsrəh”, “Yovm əl-muhasəbə”, “Yovm əl-məsələ”, “Yovm əl-vaqiə”, “Yovm əl-qariə”, “Yovm əl-racifə”, “Yovm əl-firaq”, “Yovm əl-hisab”, “Yovm əl-tənad”, “Yovm əl-əzab” və s.
Ətraflı cavab:
Qiyamət gününün ən məşhur adı “Yovm əl-Qiyamət”dir. Bu ad Quranda 70 dəfə işlənmişdir. Həmçinin Qiyamət günü üçün 100-dən çox ad zikr olunmuşdur ki, onların çoxunu Quranda görmək olar. Məsələn, “Yovm əl-həsrəh”, “Yovm əl-muhasəbə”, “Yovm əl-məsələ”, “Yovm əl-vaqiə”, “Yovm əl-qariə”, “Yovm əl-racifə”, “Yovm əl-firaq”, “Yovm əl-hisab”, “Yovm əl-tənad”, “Yovm əl-əzab”, “Yovm əl-firar”, “Yovm əl-həqq”, “Yovm əl-hökm”, “Yovm əl-fəsl”, “Yovm əl-cəm”, “Yovm əl-din”, “Yovm tubləs-sərair”, “Yovmə la yuğni mövla ən mövla şeyən”, “Yovmə yəfirrul-məru min əxih”, “Yovmə la yənfəu malun və la bənun”, “Yovm əl-təğabun” və .... (1)
Şərh qeydə alınmayıb