MADDİ NEMƏTLƏR

Quranda Cənnətin maddi nemətləri necə təsvir olunur?

“Saffat” surəsinin 41-49-cu ayələrində bu nemətlərə işarə olunur: Onlar üçün növbənöv meyvələr vardır və onlara hörmət və ehtiram olunar. Onların yeri bol nemətli və yam-yaşıl bağlardır. (Cənnət əhli) üz-üzə qoyulmuş taxtlar üzərində qarşı-qarşıyadırlar. Onların dövrəsində saf şərabla dolu qədəhlər hərəkətdədir. Ağappaq və parlaq, içənlər üçün başdan-başa ləzzət olan bir şərab… O pak şərabda nə ağlı başdan çıxarma, nə də məstlik vardır. Onların yanında ərindən savayı heç kəsə meyil salmayan və onlardan başqasına baxmayan, xumar baxışlı iri və gözəl gözlü qadınlar vardır.
 

“TUR” SURƏSİNDƏ CƏNNƏT NEMƏTLƏRİ

Allah-taala “Tur” surəsində cənnət nemətlərini necə təsvir edir?

Bu ayələrdə həqiqətdə Cənnət əhlinin on dörd növ neməti sadalanmışdır:
1. Cənnət bağları (Cənnat). 2. Müxtəlif nemətlər (nəim). 3. Sevinc və şadlıq. 4. Cəhənnəm əzabından təhlükəsizlik. 5. Yemək. 6. Cənnətin içkilərindən zövqlə içmək. 7. Bir-birinin kənarında sıralanmış taxtlara söykənmək. 8. Hurilərdən olan həyat yoldaşları. 9. İmanlı övladların onlara qovuşması. 10. Müxtəlif çeşidli ləzzətli meyvələr. 11. İstədikləri qədər müxtəlif ətlər. 12. Pakizə şərabla dolu piyalələr. 13. Mirvari surətli xidmətçilər. 14. Nəhayət, bir yerə toplaşıb məclis təşkil etmək, keçmişləri xatırlamaq və hazırkı vəziyyətdən zövq almaq.
Bu nemətlərin bir qismi maddi, böyük bir qismi isə mənəvi nemətlərdir, lakin Cənnətin maddi və mənəvi nemətləri bunlardan ibarət deyil. Sadalananlar onun yalnız bir guşəsidir.

“VAQİƏ” SURƏSİNDƏ CƏNNƏT NEMƏTLƏRİ (28-35-Cİ AYƏLƏRİ)

“Vaqiə” surəsinin 28-35-ci ayələrində cənnət nemətləri necə təsvir olunur?

Qeyd olunmuş nemətlər aşağıdakılardan ibarətdir: Tikansız Sidr ağacının kölgəsi, Təlh ağacının kölgəsi, uzanan geniş kölgəlik, (füsunkar mənzərəli) şəlalə kimi tökülən suyun kənarı,  müxtəlif meyvələr ki, nə tükənəndir, nə də istifadəsi qadağan və qiymətli zövcələri var

“ĞAŞİƏ ” SURƏSİNDƏ CƏNNƏT NEMƏTLƏRİ

Allah-taala “Ğaşiyə” surəsində Cənnət nemətlərini necə bəyan edir?

Allah-taala sözügedən ayələrdə ən azı yeddi nemətin adını çəkir: O gün (bəzi) üzlər (sevinc içində) şad və təravətli olar. Ali və uca məqamlı Cənnətdə olarlar. Orada əsla boş və bihudə bir söz eşitməzsən və eşitməzlər. Orada bulaqlar daim axır. O Cənnət bağlarında uca taxtlar var. Bulaqların kənarında gözəl piyalələr qoyulmuşdur. (Orada taxtlar üzərində) bir-birinin yanına düzülmüş yastıqlar var. Orada dəbdəbəli və çox gözəl xalçalar döşənmişdir.

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

فاطمة الزهراء (س)

فرض الله الصيام تثبيتا للاخلاص

خداوند روزه را براي استواري اخلاص واجب فرمود

ميزان الحکمة 6 / 390