Qısa cavab:
Quran ayələrinin zahiri mənası cənnət və cəhənnəmin hazırda olduğunu təsdiqləyir. Misal üçün “Ali-İmran” surəsinin 133-cü ayəsində və bir çox ayələrdə “Hazırlanmışdır” ifadəsi və yaxud həmin kökdən olan digər ifadələr bəzən cənnət, bəzən də cəhənnəm haqqında diqqət çəkir.
Sözügedən ayələrdən belə başa düşmək olar ki, cənnət və cəhənnəm hal-hazırda hazırlanmış və insanların pis və yaxşı əməlləri sayəsində daim genişlənməkdədir.
Ətraflı cavab:
İslam alimlərinin əksəriyyəti hesab edirlər ki, cənnət və cəhənnəm hal-hazırda xarici aləmdə öz əksini tapmışdır. Quran ayələrinin zahiri də bu fikri təsdiqləyir. Misal üçün:
1) “Ali-İmran” surəsinin 133-cü ayəsində və bir çox ayələrdə “Hazırlanmışdır” (اُعِدَّتْ) ifadəsi və yaxud həmin kökdən olan digər ifadələr bəzən cənnət, bəzən də cəhənnəm haqqında diqqət çəkir. (1)
Sözügedən ayələrdən belə başa düşmək olar ki, cənnət və cəhənnəm hal-hazırda hazırlanmış və insanların pis və yaxşı əməlləri sayəsində daim genişlənməkdədir.
2) “Nəcm” surəsinin 13-15-ci ayələrində deyilir:
وَ لَقَدْ رَآهُ نَزْلَهً اُخْرى * عِنْدَ سِدْرَهِ الْمُنْتَهى * عِنْدَها جَنَّهُ الْمَاْوى
"Bir daha Peyğəmbər Cəbraili əbədi Cənnət yerləşən yerdə − Sidrətul-müntəhanın yanında gördü."
Bu ayə Cənnətin hal-hazırda mövcud olması ilə bağlı sübutlardan biridir.
3) “Təkasur” surəsinin 5, 6 və 7-ci ayələrində deyilir:
کَلاّ لَوْ تَعْلَمُونَ عِلْمَ الْیَقینِ * لَتَرَوُنَّ الْجَحیمَ * ثُمَّ لَتَرَوُنَّها عَیْنَ الْیَقینِ
"Əgər elmül-yəqininiz olsaydı, şübhəsiz, Cəhənnəmi görərdiniz. Sonra, şübhəsiz, onu (qiyamət günü) eynül-yəqinlə görərdiniz."
Merac ilə bağlı və digər hədislərdə də bu məsələyə aid aydın əlamətlər gözə dəyir.
Onu da qeyd etmək lazımdır ki, hazırda sözügedən axirət aləminin cənnəti həzrət Adəmin olduğu cənnət deyil. Bu cənnət həzrət Adəm yaranmamışdan öncə də var idi. (2)
Şərh qeydə alınmayıb