Qısa cavab:
Allah-taala “Məryəm” surəsində buyurur:
"Bu, Öz bəndələrimizdən təqvalı olan hər bir kəsə irs verəcəyimiz həmin Cənnətdir."
Diqqət etmək lazımdır ki, “İrs” sözü lüğət kitablarında “mülkiyyətə keçirmək” mənasında işlənmişdir və təkcə dünyadan getmiş insanın malının qohumlarına keçməsinə məxsus edilmir.
Ətraflı cavab:
Allah-taala “Məryəm” surəsinin 63-cu ayəsində buyurur:
تِلْکَ الْجَنَّهُ الَّتِی نُورِثُ مِنْ عِبادِنا مَنْ کانَ تَقِیّاً
"Bu, Öz bəndələrimizdən təqvalı olan hər bir kəsə irs verəcəyimiz həmin Cənnətdir."
İrs adətən bir kəsdən başqasına ölümündən sonra keçən mala, mülkə deyilir. Halbuki, cənnət heç kəsin mülkü deyildir və ilk baxışda da heç kəsə də keçməyəcək.
Bu sualın cavabını iki yolla vermək olar:
1. “İrs” sözü lüğət kitablarında “mülkiyyətə keçirmək” mənasında işlənmişdir və təkcə dünyadan getmiş insanın malının qohumlarına keçməsinə məxsus edilmir.
2. Şiə və sünni qaynaqlarında həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunan bir hədisdə oxuyuruq:
ما مِنْ اَحَد اِلاّ وَ لَهُ مَنْزِلٌ فِى الْجَنَّهِ وَ مَنْزِلٌ فِى النّارِ فَاَمَّا الْکافِرُ فَیَرِثُ الْمُوْمِنَ مَنْزِلَهُ مِنَ النّارِ وَ الْمُوْمِنُ یَرِثُ الْکافِرَ مَنْزِلَهُ مِنَ الْجَنَّهِ فَذلِکَ قَوْلُهُ اُورِثْتُمُوها بِما کُنْتُمْ تَعْمَلُونَ
"Hər kəsin – istisnasız – Cənnətdə və Cəhənnəmdə yeri var. Kafirlər mömin bəndələrin Cəhənnəmdəki yerlərini irs aparar, möminlərdə kafirlərin Cənnətdəki yerlərini."
Bu hədis həqiqətdə onu göstərir ki, xoşbəxtlik və bədbəxtlik qapıları hamının üzünə açıqdır. Heç kəs ilk gündən nə cənnətlik, nə də cəhənnəmlik yaradılmamışdır. Hamının hər ikisinə də getmək üçün istedadı var. Talelərini həll etmək onların öz iradəsindən asılıdır. Sözsüz ki, möminlər öz əməlləri ilə cənnətə, pak olmayan və imansız insanlar isə cəhənnəmə daxil olarkən hər birinin boş yeri təbii şəkildə digərinin ixtiyarına veriləcək. (1)
Şərh qeydə alınmayıb