Qısa cavab:
Quran ayəsində təkid olunur ki, bu şərab ağappaq, qatışığı olmayan və içənlər üçün başdan-başa ləzzət olan bir şərabdır. Bu şərabda nə bir baş ağrısı vardır, nə məstlik gətirər, nə də onun vasitəsilə ağılları başdan çıxar.
Ətraflı cavab:
Qurani-kərimin müxtəlif ayələrində cənnət şərabları (içkiləri) çoxsaylı vəsflərlə təsvir olunur. Bu vəsfləri araşdırdıqda aydın olur ki, onları içənlər elə bir mənəvi ləzzətə qərq olurlar ki, onu heç bir dillə bəyan etmək mümkün deyil.
Ayələrin birində bu şəraba “təhur” deyilir.
وَ سَقاهُمْ رَبُّهُمْ شَراباً طَهُوراً
"Rəbbi onlara pak bir şərab içirəcəkdir." (1)
Digər bir ayədə təkid olunur ki, bu şərab ağappaq, qatışığı olmayan və içənlər üçün başdan-başa ləzzət olan bir şərabdır. Bu şərabda nə bir baş ağrısı vardır, nə məstlik gətirər, nə də onun vasitəsilə ağılları başdan çıxar. (2)
یُطافُ عَلَیْهِمْ بِکَاْس مِنْ مَعِین * بَیْضاءَ لَذَّه لِلشّارِبِینَ * لا فِیها غَوْلٌ وَ لا هُمْ عَنْها یُنْزَفُونَ
Başqa bir ayədə isə buyurur: یَشْرَبُونَ مِنْ کَاْس کانَ مِزاجُها کافُوراً
"Kafur qatılmış (sərin və sakitlik gətirən) camdan içəcəklər." (3)
Digər ayədə də əlavə edir:
وَ یُسْقَوْنَ فِیها کَاْساً کانَ مِزاجُها زَنْجَبِیلاً
"Cənnətdə onlara (istilik verən və şadlıq gətirən) zəncəfil qatılmış camdan içirərlər." (4)
Onların hamısından daha əhəmiyyətlisi, bu mənəvi ziyafətdə qonaqların susuzluğunu yatıran Allahın özünün olmasıdır. (5)
وَ سَقاهُمْ رَبُّهُمْ
Şərh qeydə alınmayıb