Qısa cavab:
Qurani-kərimin ayələrindən aydın olur ki, Cənnətdə müxtəlif çaylar və bulaqlar var. Misal üçün bir ayədə deyilir ki, Təqvalılara vəd edilmiş Cənnətin vəsfi (belədir): Orada dad və ətiri qaçmamış saf sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütün ləzzət olan şərabdan çaylar və saflaşdırılmış baldan çaylar vardır.
Ətraflı cavab:
Qurani-kərimin ayələrindən aydın olur ki, Cənnətdə müxtəlif çaylar və bulaqlar var. Onların hər biri özünəməxsus faydalara, ləzzətlərə malikdir. Aşağıdakı ayədə onlardan dörd nümunəsi təqdim olunur:
مَثَلُ الْجَنَّهِ الَّتِی وُعِدَ الْمُتَّقُونَ فِیها اَنْهارٌ مِنْ ماء غَیْرِ آسِن وَ اَنْهارٌ مِنْ لَبَن لَمْ یَتَغَیَّرْ طَعْمُهُ وَ اَنْهارٌ مِنْ خَمْر لَذَّه لِلشّارِبِینَ وَ اَنْهارٌ مِنْ عَسَل مُصَفًّى وَ لَهُمْ فِیها مِنْ کُلِّ الثَّمَراتِ وَ مَغْفِرَهٌ مِنْ رَبِّهِمْ کَمَنْ هُوَ خالِدٌ فِی النّارِ وَ سُقُوا ماءً حَمِیماً فَقَطَّعَ اَمْعاءَهُمْ
"Təqvalılara vəd edilmiş Cənnətin vəsfi (belədir): Orada dad və ətiri qaçmamış saf sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütün ləzzət olan şərabdan çaylar və saflaşdırılmış baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə vardır. (Bu,) Rəbləri tərəfindən bir bağışlanmadır. (Məgər bunlar) odda əbədi qalacaq və bağırsaqlarını parçalayan su içirdiləcək kəslər kimidirlər?!"
Ayədə bu dörd qisim haqqında “ənhar” (çaylar) sözünün işlənməsi onu göstərir ki, onlardan hər birindən orada bir çay yox, çaylar var.
Cənnət nemətləri bu dünya həyatında gündəlik işlətdiyimiz sözlərlə ifadə oluna bilməz. Bu sözlər onları kamil və əhatəli şəkildə təsvir etməkdən acizdir. Onlar sadəcə bizim zehnimizdə bu nəhəng həqiqətlərdən zəif kölgəsindən başqa bir şey yaratmır.
Sözügedən ayədə sudan, süddən, "təhur" (pak) şərabdan və baldan olan çaylara işarə edilir. Sanki birincisi, susuzluğu yatırmaq, ikincisi qidalanmaq, üçüncüsü şadyanalıq və dördüncüsü ləzzət və qüvvət üçündür.
Maraqlısı burasındadır ki, Quranın digər ayələrində Cənnət əhlinin hamısının bu içkilərin hamısından içəcəkləri göstərilir. Bəlkə də onlar öz mərtəbələrinə uyğun olaraq bu içkilərdən istifadə edəcəklər.
“Mutəffifin” surəsinin 28-ci ayəsində oxuyuruq:
Şərh qeydə alınmayıb