Qısa cavab:
Bu barədə müxtəlif təfsirlər var. Bəziləri bu qənaətdədir ki, bu cənnət, həmin əbədi Cənnət, yəni “Cənnətul-xuld”dur. Əbədi Cənnət bütün iman əhli və təqvalı şəxsləri gözləyir. Onun yeri göylərdədir. Bəzi alimlər isə onu bəzən Cənnətin “Sidrətul-müntəha”nın kənarında müxlis insanların sakin olduğu xüsusi məqamı kimi təfsir etmişlər.
Bəzən də onun şəhidlərin, möminlərin müvəqqəti olaraq qaldıqları Bərzəx cənnəti olduğunu güman etmişlər.
Ətraflı cavab:
“Cənnətul-məva” sakin olmaq üçün olan Cənnət deməkdir. Onun hansı Cənnət olması haqqında təfsirçilər arasında müxtəlif fikirlər var. Bəziləri bu qənaətdədir ki, bu cənnət, həmin əbədi Cənnət, yəni “Cənnətul-xuld”dur. Əbədi Cənnət bütün iman əhli və təqvalı şəxsləri gözləyir. Onun yeri göylərdədir. Bu alimlər sözügedən iddia üçün “Səcdə” surəsinin 19-cu ayəsini əsas gətirirlər:
فَلَهُمْ جَنّاتُ الْمَاْوى نُزُلاً بِما کانُوا یَعْمَلُونَ
"Lakin iman gətirib saleh əməllər edənlər üçün (sakın olacaqları) «Mə’va» Cənnətləri və bağları vardır, etdiklərinin mükafatı olaraq bir qonaqlıqdır."
Çünki bu ayə sonrakı ayə ilə birlikdə şübhəsiz ki, əbədi Cənnətdən söz açır.
Lakin başqa bir ayədə oxuyuruq:
وَ سارِعُوا اِلى مَغْفِرَه مِنْ رَبِّکُمْ وَ جَنَّه عَرْضُهَا السَّماواتُ وَ الْاَرْضُ
"Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer qədər olan Cənnətə doğru tələsin!" (1)
Bəzi alimlər də bu təfsiri qəbul etmirlər, çünki sözügedən ayənin zahiri mənası göstərir ki, “Cənnətul-məva” göylərdə yerləşir və əbədi Cənnətdən fərqlidir. Əbədi Cənnətin genişliyi bütün göylər və yerdir.
Ona görə də, onu bəzən Cənnətin “Sidrətul-müntəha”nın kənarında müxlis insanların sakin olduğu xüsusi məqamı kimi təfsir etmişlər.
Bəzən də onun şəhidlərin, möminlərin müvəqqəti olaraq qaldıqları Bərzəx cənnəti olduğunu güman etmişlər.
Sonuncu və bütün təfsirlərdən daha münasib nəzərə çarpan təfsir isə budur ki, merac haqqında olan hədislərin çoxunda deyilir ki, Peyğəmbər (sallallahu əleyhi və alih) bir dəstə insanı bu Cənnətdə nemət içində gördü. Bilirik ki, heç kim Qiyamət günündən öncə əbədi Cənnətə ayaq basa bilməz. Quran ayələri aydın şəkildə göstərir ki, təqvalı insanlar ölümdən dərhal sonra deyil, Qiyamət günü hesab-kitabdan sonra Cənnətə daxil olacaqlar. Şəhidlərin ruhları da Bərzəx Cənnətində sakindirlər. Çünki onlar da Qiyamət günündən öncə əbədi Cənnətə daxil olmayacaqlar. (2)
Şərh qeydə alınmayıb