“TUR” SURƏSİNDƏ CƏNNƏT NEMƏTLƏRİ

Allah-taala “Tur” surəsində cənnət nemətlərini necə təsvir edir?

Bu ayələrdə həqiqətdə Cənnət əhlinin on dörd növ neməti sadalanmışdır:
1. Cənnət bağları (Cənnat). 2. Müxtəlif nemətlər (nəim). 3. Sevinc və şadlıq. 4. Cəhənnəm əzabından təhlükəsizlik. 5. Yemək. 6. Cənnətin içkilərindən zövqlə içmək. 7. Bir-birinin kənarında sıralanmış taxtlara söykənmək. 8. Hurilərdən olan həyat yoldaşları. 9. İmanlı övladların onlara qovuşması. 10. Müxtəlif çeşidli ləzzətli meyvələr. 11. İstədikləri qədər müxtəlif ətlər. 12. Pakizə şərabla dolu piyalələr. 13. Mirvari surətli xidmətçilər. 14. Nəhayət, bir yerə toplaşıb məclis təşkil etmək, keçmişləri xatırlamaq və hazırkı vəziyyətdən zövq almaq.
Bu nemətlərin bir qismi maddi, böyük bir qismi isə mənəvi nemətlərdir, lakin Cənnətin maddi və mənəvi nemətləri bunlardan ibarət deyil. Sadalananlar onun yalnız bir guşəsidir.

“ĞAŞİƏ ” SURƏSİNDƏ CƏNNƏT NEMƏTLƏRİ

Allah-taala “Ğaşiyə” surəsində Cənnət nemətlərini necə bəyan edir?

Allah-taala sözügedən ayələrdə ən azı yeddi nemətin adını çəkir: O gün (bəzi) üzlər (sevinc içində) şad və təravətli olar. Ali və uca məqamlı Cənnətdə olarlar. Orada əsla boş və bihudə bir söz eşitməzsən və eşitməzlər. Orada bulaqlar daim axır. O Cənnət bağlarında uca taxtlar var. Bulaqların kənarında gözəl piyalələr qoyulmuşdur. (Orada taxtlar üzərində) bir-birinin yanına düzülmüş yastıqlar var. Orada dəbdəbəli və çox gözəl xalçalar döşənmişdir.

CƏNNƏTUL-MƏVA

“Cənnətul-məva” nə deməkdir?

Bu barədə müxtəlif təfsirlər var. Bəziləri bu qənaətdədir ki, bu cənnət, həmin əbədi Cənnət, yəni “Cənnətul-xuld”dur. Əbədi Cənnət bütün iman əhli və təqvalı şəxsləri gözləyir. Onun yeri göylərdədir. Bəzi alimlər isə onu bəzən Cənnətin “Sidrətul-müntəha”nın kənarında müxlis insanların sakin olduğu xüsusi məqamı kimi təfsir etmişlər.
Bəzən də onun şəhidlərin, möminlərin müvəqqəti olaraq qaldıqları Bərzəx cənnəti olduğunu güman etmişlər.

 

“VAQİƏ” SURƏSİNDƏ CƏNNƏT NEMƏTLƏRİ (28-35-Cİ AYƏLƏRİ)

“Vaqiə” surəsinin 28-35-ci ayələrində cənnət nemətləri necə təsvir olunur?

Qeyd olunmuş nemətlər aşağıdakılardan ibarətdir: Tikansız Sidr ağacının kölgəsi, Təlh ağacının kölgəsi, uzanan geniş kölgəlik, (füsunkar mənzərəli) şəlalə kimi tökülən suyun kənarı,  müxtəlif meyvələr ki, nə tükənəndir, nə də istifadəsi qadağan və qiymətli zövcələri var

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

رسول الله (ص)

الصوم في الحر جهاد

روزه گرفتن در هواي گرم ، جهاد است

ميزان الحکمة 6 / 399