Qısa cavab:
Belə məntəqələrdə günəşin üfüq ətrafında hərəkəti həmişə eyni olmur. Yəni, üfüq ətrafında dövr elədiyi 24 saat ərzində bəzən ən yüksək nöqtəyə yüksəlir, bəzən də ən aşağı nöqtədə yer tutur. Beləliklə, hava bəzən çox işıqlı, bəzən də zəif işıqlı olur. Beləliklə, orada gecə və gündüzü təyin etmək asanlaşır. Bir çubuğu torpağa sancıb baxırıq, onun kölgəsinin ən az olduğu bir vaxt “zöhr”, ən çox olduğu vaxt isə“gecə yarısı” dır. Beləliklə zöhr və gecə yarısını təyin etmək məsələsi asanlıqla həll olur. İlin həmin vaxtı adi məntəqələrdə gecə və gündüzün miqdarını bilsək, məsələn, yayın əvvəli gündüzlər adətən, 14 saat, gecələr 10 saatdır, Beləliklə, gündəlik namazlar və orucun hökmü aydın olur.
Ətraflı cavab:
Biz bəzi materialist və qeyri-müsəlmanlarla rastlaşanda soruşurlar ki, İslam necə dünyamiqyaslı bir din ola bilər, halbuki onun əmrləri yalnız bizim yerləşdiyimiz (məskunlaşdığımız) mövqelərdə mümkündür.?! Məsələn: Gündə beş vaxt namaz qılıb Ramazan aylarında qeyri-adi dərəcədə uzun gecə və gündüzü olan (ilin 6 ayı gecə, 6 ayı gündüzdür) cənub və şimal qütbündə oruc tutmaq qeyri-mümkündür.
Bütün bu məsələlər İslamda nəzərə alınmış və onun hökmləri müəyyən edilmişdir. İslami göstərişlər bütün zaman və məkanlarda icra olunmağa qadirdir.
Bizim böyük müctehidlərimiz bu məsələni öz fiqhi kitablarında "İslamda əməllərin incəlikləri" başlığı altında bəyan etmişlər.
Məsələn, böyük fəqihlərdən biri olan mərhum Ayətullah Seyid Məhəmməd Kazım Yəzdi “Urvətul-vusqa” (1) adlı kitabında bu məsələni belə bəyan edir ki, bu cür məntəqələrdə yaşayan insanlar oruc və namazlarını adi məntəqələrdə yaşayan insanlar kimi yerinə yetirməlidirlər.
Belə ki, diqqət edib həmin fəsildə adi məntəqələrdə gecə və gündüz miqdarının nə qədər olmasını müəyyənləşdirməli və ona uyğun olaraq oruc tutub gündəlik namazlarını yerinə yetirməlidirlər.
Bu mövzunu başqa sözlə belə izah etmək olar:
Gecə və gündüzü uzun olan şimal-cənub qütblərində bəzən günəş 6 ay səmada öz nurunu saçaraq batmır. Hər 24 saatda bir dəfə üfüq ətrafında hərəkət edir. Belə məntəqələrdə günəşin üfüq ətrafında hərəkəti həmişə eyni olmur. Yəni, üfüq ətrafında dövr elədiyi 24 saat ərzində bəzən ən yüksək nöqtəyə yüksəlir, bəzən də ən aşağı nöqtədə yer tutur. Beləliklə, hava bəzən çox işıqlı, bəzən də zəif işıqlı olur. Bu vəziyyət hər gecə-gündüz təkrar olur. O nöqtələrdə günəşin üfüq ətrafında hərəkətinin çəkilmiş şəkillərinə baxsanız, bunu, asanlıqla müşahidə edə bilərsiniz. Qütb məntəqələrinin sakinləri (2) günəş səmada yuxarı qalxarkən onu gündüz adlandırır, işə başlayırlar. Günəş aşağı enib üfüqə yaxınlaşarkən nuru azaldığı ana gecə deyib istirahət edirlər. Diqqət etmək lazımdır ki, günəşin orada aşağı endiyi vaxtda adi məntəqələrdə “həqiqi gecə” olur.
Beləliklə, orada gecə və gündüzü təyin etmək asanlaşır. Bir çubuğu torpağa sancıb baxırıq, onun kölgəsinin ən az olduğu bir vaxt “zöhr”, ən çox olduğu vaxt isə“gecə yarısı” dır. Beləliklə zöhr və gecə yarısını təyin etmək məsələsi asanlıqla həll olur. İlin həmin vaxtı adi məntəqələrdə gecə və gündüzün miqdarını bilsək, məsələn, yayın əvvəli gündüzlər adətən, 14 saat, gecələr 10 saatdır, Beləliklə, gündəlik namazlar və orucun hökmü aydın olur.
Nəticədə, uzun gündüzlərdə orucun necə tutulması və namazın necə qılınması aydın oldu. Gecələrin uzun olduğu vaxtlarda diqqət etmək lazımdır ki, hava 24 saat ərzində bütün gün boyu yeknəsək deyil. Bəzən qaranlıq, bəzən də təqribən hava işıqlıdır. Belə ki, bəzən günəş üfüqə yaxınlaşır və hava yalançı fəcrlə həqiqi fəcrin arasındakı kimi (işıqlı) olur. Bəzən də üfüqdən o qədər uzaqlaşır ki, hava qaranlıq olur. (3)
Bu cür gecələrdə ulduzların hərəkətindən, onların üfüqlə fasiləsindən, həmçinin, havanın qaranlıq və işıqlı olmasından gecə yarısı və zöhrü təyin etmək olar. Digər məntəqələrdəki gecə-gündüzü nəzərə almaqla orada yaşayanlar şəri vəzifələrini yerinə yetirə bilərlər.
Verilən izahlardan aydın oldu ki, islami hökmlər, o cümlədən, namaz və oruc müəyyən bir mühitdə deyil, bütün məntəqələrdə icra oluna bilər. (4)
Şərh qeydə alınmayıb