CƏHƏNNƏMİN QAPILARI

Cəhənnəm qapılarının çoxluğu nə deməkdir?

Təfsirlərin birinə görə cəhənnəmin qapıları dedikdə, cənnətin qapıları kimi insanı cəhənnəmə sürükləyən amillər nəzərdə tutulur. Günahlardan hər biri və xeyir əməllərdən hər biri bir qapı hesab edilir. Hədislərdə də bu məsələyə işarə olunmuşdur. Bu təfsirə əsasən 7 ədədi sayı deyil, çoxluğu göstərmək üçündür.

 

MÜSƏLMANLAR

İslam insanı cəhənnəm əzabından necə qurtara bilər?

Məhəmməd peyğəmbərindən (s) nəql olunur: "Cəhənnəm əhli cəhənnəmdə olan zaman bir qrup günahkar müsəlmanı da onlara qatarlar. Kafirlər onlara deyərlər:
−Məgər siz müsəlman deyildiniz?
−Bəli, müsəlman idik!
−Elə isə, sizin islamınızın sizə heç bir xeyri dəymədi! Siz də bizimlə bir yerdəsiniz.
−Bizim (böyük) günahlarımız var idi. O günahlara görə bu aqibətə düçar olmuşuq.
(Onların günahlarına etiraf etmələri və düşmənin məzəmməti səbəb olur ki,) Allah-taala əmr edir, cəhənnəmdə olan bütün imanlı və müsəlman şəxslər oradan çıxarılsın. Vəziyyəti belə görən kafirlər deyərlər: “Ey kaş, biz də İslamı qəbul edəydik!”

XİLAS OLMAQ ARZUSU

Qurani-kərimdə Cəhənnəm əhlinin əzabdan xilas olmaq istəklərinə necə cavab veriləcək?

Ayələrdən aydın olur ki, bütün dünyanı versələr də onlardan qəbul olunmayacaq. Cəzanın ağırlığı barədə təsəvvür yaratmaq üçün bundan gözəl misal ola bilməz ki, bir insan yer üzündə olan hər şeyə və yaxud ondan iki dəfə çoxuna sahib olsun və özünü xilas etmək üçün onun hamısını versin, amma heç bir faydası olmasın.

 

ƏZAB

Qurani-kərim “Həcc” surəsində Cəhənnəm əhlinin hansı əzablara düçar olacaqlarını deyir?

Bu ayələrdə kafirlər üçün nəzərdə tutulan dörd cür əzabdan söz açır.

1. “Beləliklə küfr edənlər üçün atəşdən paltar biçilmişdir.”
2. “(Cəhənnəmdə) onların başlarına qaynar su (həmim) tökülür.”
3. “O su ilə qarınlarında olanlar və dəriləri əridiləcəkdir.”
4. “Və onlar üçün dəmir şallaq və yaxud toppuzlar vardır.”

 

CƏNNƏT ƏHLİ İLƏ ƏLAQƏ

Cəhənnəm əhlinin Cənnət əhli ilə əlaqəsi olacaqmı?

“Əraf” surəsindən də bu əlaqəni aydın şəkildə başa düşmək olur. Ayədə deyilir:

"Və Cənnət əhli Cəhənnəm əhlini səsləyəcəklər ki: “Biz Rəbbimizin bizə vəd etdiyini doğru və sabit gördük, siz də Rəbbinizin sizə vəd etdiyi şeyi haqq və sabit gördünüzmü?”. Deyəcəklər: “Bəli!” Belə olduqda, onların arasında bir carçı səslənəcək ki: “Allahın lənəti olsun zalımlara!”

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

عن ابي عمارة المنشد قال:

«ما ذکر الحسين بن علي عند ابي عبدالله عليه السلام في يوم قط فرئي ابو عبدالله عليه السلام متبسما في ذلک اليوم الي الليل‏»

بحارالانوار، ج 44، ص 280