Qısa cavab:
Təfsirlərin birinə görə cəhənnəmin qapıları dedikdə, cənnətin qapıları kimi insanı cəhənnəmə sürükləyən amillər nəzərdə tutulur. Günahlardan hər biri və xeyir əməllərdən hər biri bir qapı hesab edilir. Hədislərdə də bu məsələyə işarə olunmuşdur. Bu təfsirə əsasən 7 ədədi sayı deyil, çoxluğu göstərmək üçündür.
Ətraflı cavab:
Cəhənnəmin qapılarından daxil olmaq o deməkdir ki, hər insan və hər dəstə müxtəlif qapılardan keçməlidir. Yəni, Cəhənnəm bəzi qorxulu və bir-birinin içində yerləşən həbsxana kameraları və yaxud təbəqələri kimidir. Yolunu azmış günahkarlar bu təbəqələrin hamısından keçməli və Cəhənnəmin dərinliyində, “Dərək əl-əsfəl”də yerləşməlidirlər.
Əmirəl-möminin Əlidən (əleyhis-salam) nəql olunan hədis bu açıqlamanı təsdiq edir. Hədisdə Həzrət Əli (ə) “Onun yeddi qapısı vardır, hər qapı üçün onların bir hissəsi bölünmüşdür” (1) ayəsini belə təfsir edir:
اِنَّ جَهَنَّمَ لَها سَبْعَهُ اَبْواب، اَطْباقٌ بَعْضُها فَوقَ بَعْض، وَ وَضَعَ اِحْدى یَدَیْهِ عَلَى الاُخْرى، فَقالَ هکَذا
“Cəhənnəmin yeddi qapısı və yeddi təbəqəsi var. Onlardan biri digərindən yuxarıda yerləşir”. Sonra Həzrət (ə) əllərini bir-birinin üzərinə qoyub buyurdu: “Bax belə!”.
Burada başqa bir təfsir də diqqət çəkir: "Cəhənnəmin qapıları dedikdə, Cənnətin qapıları kimi insanı cəhənnəmə və ya Cənnətə sürükləyən amillər nəzərdə tutulur. Günahlardan hər biri və xeyir əməllərdən hər biri bir qapı hesab edilir. Hədislərdə də bu məsələyə işarə olunmuşdur. Bu təfsirə əsasən 7 ədədi sayı deyil, çoxluğu göstərmək üçündür. Cənnətin səkkiz qapısının olduğu deyilərkən isə mərhəmət amillərinin əzab və qəzəb amillərindən çox olduğuna işarə olunur."
Bu iki təfsir bir-biri ilə heç bir ziddiyyət təşkil etmir.
Şərh qeydə alınmayıb