Qısa cavab:
Bu ayələrdə kafirlər üçün nəzərdə tutulan dörd cür əzabdan söz açır.
1. “Beləliklə küfr edənlər üçün atəşdən paltar biçilmişdir.”
2. “(Cəhənnəmdə) onların başlarına qaynar su (həmim) tökülür.”
3. “O su ilə qarınlarında olanlar və dəriləri əridiləcəkdir.”
4. “Və onlar üçün dəmir şallaq və yaxud toppuzlar vardır.”
Ətraflı cavab:
Sualı “Həcc” surəsinin 19-22-ci ayələri ilə cavablandırmaq olar. Allah-Taala həmin ayələrdə kafirlər üçün nəzərdə tutulan dörd cür əzabdan söz açır. İlk olaraq onların geyimindən başlayaraq buyurur:
فَالَّذِینَ کَفَرُوا قُطِّعَتْ لَهُمْ ثِیابٌ مِنْ نار
“Beləliklə küfr edənlər üçün atəşdən paltar biçilmişdir.”
Cümlə bəlkə də, alov dillərinin paltar kimi onların əyninə biçilib, tikilməsini bəyan etmək istəyir. Yaxud da cəhənnəm atəşinin geyim kimi hər tərəfdən onları bürüməsinə işarə edir.
Habelə, buyurur:
یُصَبُّ مِنْ فَوْقِ رُوُسِهِمُ الْحَمِیمُ
“(Cəhənnəmdə) onların başlarına qaynar su (həmim) tökülür.”
یُصْهَرُ بِهِ ما فِی بُطُونِهِمْ وَ الْجُلُودُ
“O su ilə qarınlarında olanlar və dəriləri əridiləcəkdir.”
Üçüncü əzabları haqda buyurur:
وَ لَهُمْ مَقامِعُ مِنْ حَدِید
“Və onlar üçün dəmir şallaq və yaxud toppuzlar vardır.”
کُلَّما اَرادُوا اَنْ یَخْرُجُوا مِنْها مِنْ غَمّ اُعِیدُوا فِیها وَ ذُوقُوا عَذابَ الْحَرِیقِ
“Nə vaxt cəhənnəmdən və onun qəm-qüssəsindən canlarını qurtarmaq istəsələr, onları yenə ora qaytarılarlar və (onlara deyilər:)
“Dadın yandırıcı əzabı!””
Bu, onların dördüncü əzabıdır. (1)
Şərh qeydə alınmayıb