Qısa cavab:
Quran ayələrinə görə axirətdə günahkarlar mömin insanlardan yardım istəyərək deyərlər: “Bizə tərəf baxın ki, iman və saleh əməllərinizin nurundan işıq götürək!" Həmçinin digər ayələrdə də buna oxşar xahişlər diqqət çəkir. Lakin bu misallarda onlara verilən cavablar mənfidir.
Ətraflı cavab:
İnsanların çoxunun Qiyamət günü Məhşərə daxil olarkən ora hakim olan qanunlarla tanışlıqları olmadıqlarına görə, dünya qanunlarının orada da qüvvədə olduğunu sanırlar. Bu baxımdan dünya qanunlarından istifadə etmək istəyir, lakin tezliklə böyük səhvə yol verdiklərini başa düşürlər.
Bəzən günahkarlar möminlərdən yardım istəyərək deyərlər:
اُنْظُرُونا نَقْتَبِسْ مِنْ نُورِکُمْ
"Bizə tərəf baxın ki, iman və saleh əməllərinizin nurundan işıq götürək!"
Amma tezliklə mənfi cavabla qarşılaşırlar. Onlara deyilər ki, nur mənbəyi bura deyil, dünyadadır. Dünyada ondan qafil idiniz, yanından bixəbər ötürdünüz.
Bəzən günahkarlar bir-birlərindən (davamçılar rəhbərlərindən) kömək istəyərək deyərlər:
فَهَلْ اَنْتُمْ مُغْنُونَ عَنّا مِنْ عَذابِ اللّهِ مِنْ شَىْء
"Siz ilahi əzabdan bir hissəsini bizim əvəzimizdə qəbul edərsinizmi?" (1)
Burada da mənfi cavabla qarşılaşarlar.
Bəzən hətta Cəhənnəm məmurlarına yalvarıb deyərlər:
ادْعُوا رَبَّکُمْ یُخَفِّفْ عَنّا یَوْماً مِنَ الْعَذابِ
"Rəbbinizi çağırın, bu əzabı bizdən bir günlük yüngülləşdirsin!" (2)
Bəzən bundan da dərinə gedib Allahdan yardım diləyərlər:
رَبَّنا اَخْرِجْنا مِنْها فَاِنْ عُدْنا فَاِنّا ظالِمُونَ
"Ey Rəbbimiz, bizi buradan çıxar, əgər (bir daha küfr və günaha) qayıtsaq, deməli onda mütləq zalımıq."(3)
Lakın məlumdur ki, bu yol da bağlıdır, çünki əməl vaxtı artıq bitmişdir. Ora mükafat və cəza yeridir. (4)
Şərh qeydə alınmayıb