QAYITMAQ ARZUSU

Günahkarların ölümdən sonra ilk arzuları nə olacaq?

“Şüəra” surəsinin 203-cü ayəsinə görə onlar möhlət istəyərlər. Digər ayədə onların dilindən belə deyilir: "Kaş ki, (dünyaya) qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq!" Başqa bir ayədə də onlar belə deyirlər: "Kaş ki, (dünyada) Allaha itaət edəydik və Onun rəsuluna tabe olaydıq!"

BÜTÜN GÜNAHLARIN TÖVBƏ VƏ SALEH ƏMƏLLƏ BAĞIŞLANMASI

Allah-taalanın bütün günahları bağışlamasının səbəbi nədir?

Quran ayələri göstərir ki, bir neçə şərtlə Allahın rəhmət və bəxşiş qapıları bütün bəndələrin üzünə istisnasız olaraq açılmışdır. O şərtlərdən biri bəndənin günah etdikdən sonra özünə gələrək tutduğu yolu dəyişməsi, üzünü Allah dərgahına çevirməsi, Onun əmrləri müqabilində təslim olması və tövbə etdikdən sonra tövbəsinə sadiq qaldığını öz əməli ilə göstərməsidir. Nəticədə, nə şirk, nə də başqa bir günah istisna edilməmişdir. Həmçinin, bu ümumi əfv və rəhmətin geniş olmasının şərtlərə malik olması inkar olunmazdır.

DİLİN GÜNAHLARDAN QORUNMASI - AYƏ VƏ HƏDİSLƏRDƏ

Quran ayələri və hədislərdə dilin islahının nə kimi əhəmiyyəti var?

Dil elm, mədəniyyət, əqidə və əxlaqın ən önəmli açarıdır, belə ki, onun islahı bütün əxlaqi islahatların qaynağı, sapması və yanlışlıqları isə müxtəlif əyriliklərin başlıca amilidir. Əxlaq ustadları əxlaqi fəzilət və səciyyələrin möhkəmləndirilməsində, eləcə də ruhun təkamülündə dilin islahını mühüm addım sayırlar.
Həzrət Peyğəmbər (s) buyurur: “Bir kəsin qəlbi düz istiqamət almadıqca, imanı da düz yol almaz. Dil düz istiqamət almayınca da, qəlbi düz yol almaz”.

XALİS TÖVBƏ

Xalis tövbə nədir və onun hansı faydaları vardır?

Tövbəni beş mərhələdə xülasələşdirə bilərik: Günahı tərk etmək, peşmançılıq, gələcəkdə günahdan çəkinmək qərarı, keçmişdə etdiklərinin əvəzini qaytarmaq, bağışlanmaq diləmək. Peyğəmbərdən nəql olunmuş hədisə görə “xalis tövbə” tövbə edən şəxsin süd döşə qayıtmadığı kimi, tövbə etdikdən sonra heç zaman günaha qayıtmamasıdır.”

 

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمام عليٌّ(عليه السلام)

الإيثارُ أعلى مراتِبِ الکَرَمِ، و أفضلُ الشِّيَمِ

ايثار، بالاترين مرتبه بخشندگى و برترين خوى است

ميزان الحکمه، جلد 1، ص 22