Qısa cavab:
Həzrət Peyğəmbər (s) buyurur: “Bir kəsin qəlbi düz istiqamət almadıqca, imanı da düz yol almaz. Dil düz istiqamət almayınca da, qəlbi düz yol almaz”.
Ətraflı cavab:
Dil elmin, mədəniyyət, əqidə və əxlaqın ən önəmli açarıdır; onun islahı bütün əxlaqi islahatların qaynağı, sapması isə müxtəlif əyriliklərin səbəbidir. Əxlaqi bəhslərdə dil və danışığın düzəlişi çox əhəmiyyətlidir, ona görə ki, qəlbin tərcüməçisi, ağlın nümayəndəsi, insan şəxsiyyətinin açarı və ruhun birbaşa qapısıdır.
Başqa ifadə ilə desək, insan ruhunun səhifəsinə yazılanlar hər şeydən öncə dil səhifəsində və onun danışıqlarının arasından təzahür edir. Maraqlıdır ki, keçmiş təbiblər insanın sağlamlığını, mizac dəyişikliyini də dilinə baxmaqla müayinə edirdilər. O vaxtlar qan və bədən mayelərinin analizi, yaxud rentgeni mövcud deyildi. Dil daxili orqanların sağlamlıq və ya xəstəliyini göstərən ayna timsalında idi. Savadlı həkimlər dilə bir baxışla xəstəlik və sağlamlıqla bağlı insanların bir sıra vəziyyətlərini kəşf edirdilər.
Əxlaqi və nəzəri məsələlərdə də bu keçərlidir. Dil müxtəlif növ daxili əxlaqi çatışmazlıqları kəşf edən ayna ola bilər. Necə ki, dilin xətası, fasidliyi insan ruhunda böyük inikas yarada bilər. Bu cəhətdən əxlaq alimləri həmişə dilin islahına böyük əhəmiyyət vermiş və verməkdədirlər. Dilin düzəlişini əxlaqi fəzilətləri möhkəmləndirməkdə, ruhun təkamülündə uğurlu addım sayıblar.
Əmirəl-möminin Əlinin (ə) qısa kəlamları arasında yer alan bir məşhur hədisdə bu həqiqət əks olunur. Belə ki, buyurur:
“تَکَلَّمُوا تُعْرَفُوا فَاِنَّ الْمَرْءَ مَخْبُوءٌ تَحْتَ لِسانِهِ” (1)
“Danışın ki, tanınasınız. Çünki, insanın şəxsiyyəti dilinin altında gizlidir”.
Allahın Rəsulundan (ə) nəql edilən hədisdə də deyilir:
“لا یَسْتَقیمُ اِیمانُ عِبْد حَتّى یَسْتَقیمَ قَلْبُهُ، وَ لا یَسْتَقیمَ قَلْبُهُ حَتّى یَسْتَقیمَ لِسانُهُ” (2)
“Bir kəsin qəlbi düz istiqamət almadıqca, imanı da düz yol almaz. Dil düz istiqamət almayınca da, qəlbi düz yol almaz”.
Qurani-kərim “Bələd” və “Rəhman” surəsinin iki ayəsində sözün haqqını vermişdir:
“Bələd” surəsinin 8-dən 10-a kimi ayələrində buyurulur:
“اَلَـمْ نَجـْعَلْ لـَهُ عَیْـنَیْنِ * وَ لِساناً و شَـفَتَیْنِ * وَ هَدَیْناهُ النَّجْدَیْنِ”
“Görəsən, onun (insan) üçün iki göz qərar vermədikmi – və bir dil, iki dodaq? – və onu xeyir və şərinə yönəltdik!”.
Bu ayələr Allahın ən böyük nemətlərini bəyan edir; göz, dil və dodaq neməti, hidayət neməti, xeyir və şər bilgisi.
Doğrudan da, dil insan bədəninin ən heyrətamiz üzvüdür. Hansı ki, digər bədən üzvlərinin boynunda olmayan ağır bir öhdəliyi var. Bundan əlavə qidanı udmaqda yardımçı təsiri var, çeynəməkdə mühüm rol oynayır; mütəmadi olaraq qidanı diş çəkiclərinin altına itələyir. Bu işi elə məharətlə görür ki, özünü dişin zərbələrindən saxlayır. Halbuki həmişə onların kənarında, onlara bitişikdir!
Nadir hallarda qidanı çeynəyərkən dilimizi də dişləyirik, o da çox zərif və əzilən olduğu üçün inciyir. Buradan anlayırıq ki, özünü dişlərdən qorumaq üçün dilin fövqəladə məharəti olmasaydı, hər gün başımıza nələr gələrdi!
Əlavə olaraq, qidanın yedikdən sonra ağız boşluğu və dişləri yaxşıca silib süpürür.
Hər şeydən önəmlisi isə danışmaqdır, hansı ki dilin altı istiqamətdə sürətli, dəqiq və ardıcıl hərəkəti və oynaması ilə başa gəlir.
Daha da maraqlısı, Allahın asan işlədilən və hamının ixtiyarında olan bu dili insanın danışması üçün vəsilə qərar verməsidir; nə yorulur, nə sıxıntı yaradır, nə də bir xərci var.
Hamısından qəribəsi Allahın böyük lütlü olaraq insanın ruhunda əmanət qoyulan danışmaq istedadıdır. İnsan sonsuz şəkildə sonsuz cümlələr qalibində tam fərqli fikirlərini ifadə edə bilər. Bundan əlavə, dil və lüğət yaratmaqda ona elə potensial vermişdir ki, nəticədə minlərlə dillər yaranmışdır. Zaman keçdikcə də, sayları artmaqdadır.
Bununla belə, yuxarıdakı ayələrdə Allah-taalanın dili ən böyük nemətlərdən biri sayması qəribədirmi? (Əlbəttə ki, xeyr!)
Diqqətəlayiq məsələlərdən biri budur ki, sözügedən ayələrdə dodaqlar dilin kənarında qeyd edilib, çünki bir çox əlifba hərfləri dodaqların yardımı ilə tələffüz olunur və səslərin, kəlmələri
Şərh qeydə alınmayıb