təffəkür 7 Material

VİCDAN VƏ FİTRƏTİN DƏRK ETDİYİ MÖVZULAR

Vicdan və fitrətlə hansı mövzuları dərk etmək olar?

Fitrət və vicdandan qaynaqlanan bilgi və məlumatlar müxtəlif şaxələrə bölünür. Burada onlardan ən başlıcalarını – dörd şaxəsini nəzərinizə çatdıracayıq. Maraqlıdır ki, Quran ayələri də buna dəlalət edir:
1. Əxlaq kodeksində yaxşı və pisin, gözəl və çirkinin dərki;
2. Nəzəri arqumentlər üzərində duran rasional aksiomaların dərki;
3. Müəllim və ustada ehtiyac olmadan bir sıra etiqadi məsələlərdən xəbərdar olan dini fitrət;
4. İnsan vücudunun ənginliyində vicdan məhkəməsi. Hansı ki, “kiçik qiyamət” adlandırılacaq heyrətamiz bir məhkəmə zalıdır.

Əqli idrak və qavrayışların bilik qaynağı olmasına dair fəlsəfənin baxışı

Əqli idrak və qavrayışların dəyəri barədə fəlsəfənin baxışı necədir?

Əksər filosoflar bir bilik qaynağı kimi əqli qavrayışları rəsmi tanıyırlar. Lakin empirik filosoflar onları tam etibarsız sayır, səbəb olaraq isə əqli qavrayışların xəta edə biləcəyini əsas gətirirlər.
Cavabında isə deyilməlidir: birincisi, aksiom qavrayışları nəzərilərdən ayırmaq lazımdır. Xəta aksiomlara aid deyil.
İkincisi, arqumentli məsələlərdə də dəqiqlik gözlənilsə, xəta baş verməz.
Üçüncüsü, xətadan söz gedirsə, deməli, bir sıra həqiqətləri qəbul etmişik və onlar sayəsində bəzi etiqadların xəta olduğunu anlayırıq.

FİTRİ TANIMANIN (biliyin) MÜMKÜNLÜYÜ

“Fitri tanıma” deyilən bir məfhum varmı?

Fitri tanımanın mümkünlüyü barədə üç fərqli nəzər vardır:
1-İnsanın daxilində bütün məlumatlar vardır, bu dünyada nə öyrənirsə, əslində yeni bilik əldə etmir, bəlkə həmin məlumatlar yadına düşür;
2-İnsanın heç bir fitri tanışlığı və biliyi yoxdur;
3-Məlumatlarımızın bir hissəsi fitri olduğu halda, digər hissəsi qazanılandır. Qazanılan qavrayışlar özü də fitri məlumatlara söykənir. Məntiqi, rasional, nəqli, eləcə də Quran ayələri və İslam hədisləri də bu nəzəri təsdiq edir.

 

TARİXİ ÖYRƏNMƏYİN ƏHƏMİYYƏTİ

Niyə tarixi öyrənmək bu qədər əhəmiyyətlidir?

İnsan ömrünün ən önəmli səmərəsi onun təcrübələridir. Tarix, keçmiş əsrlərdəki bütün insanların təcrübələrini onu araşdıranların önünə sərir.
Tarix daim təkrarlanır. İmam Əli (ə) da buna işarə edir və buyurur:
“Ey Allah bəndələri! Ruzigar keçmişdəkilər üçün necə cərəyan edibsə, yerdə qalanlara da elə keçəcək”.
Odur ki, məğlubiyyət, nakamlıq, zəfər, uğur, sivilizasiyaların çiçəklənməsi, hökumətlərin süqutu və s. amillərini tarixdə görmək olar.

Quranın fitrət və vicdanı bilik qaynağı kimi tanıtdırması

Görəsən, Qurani-kərim fitrət və vicdanı bilik (qazanma) qaynağı kimi təqdim edirmi?

Allah-taala “Şəms” surəsində insan nəfsinə xeyir və şərin ilham olunmasından xəbər verir, eyni halda əxlaqi vicdanın ilhamverici qaynağına, insanın günah və təqvanı dərk etməsinə işarə edir. “Ənbiya” surəsində də bütpərəstlərin özlərinə qayıtmasına, müşrikcəsinə pərəstişlərinə yenidən baxmalarından xəbər verir. Habelə, “Loğman”, “Ənkəbut”, “Bəqərə” və “Rum” surələrində eyni məna təqib edilir.

Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti barədə

Quranda təfəkkür və dərin düşüncənin əhəmiyyəti necə qeyd edilib?

Allah-taala “Bəqərə” surəsində ilahi ayələrin nazilolma səbəbi kimi dərin düşüncə, ağıl və təfəkkürü göstərir. Bir sıra Quran ayəsi məzəmmətedici tərzdə, ağıl və düşüncədən faydalanmadıqları üçün insanları hesaba çəkir. Quran buyurur: Allah ağıl qüvvəsini insanların ixtiyarında qoydu ki, həqiqətlərin dərkində ondan yararlansın. Əks təqdirdə, məzəmmət olunacaq. Quran insan ağıl və zəkasını başlıca bilik qaynaqlarından sayaraq, hamını bir nəfər kimi bütün məsələlərdə dərin düşüncəyə, fikir yürütməyə dəvət edir.

KEÇMİŞDƏKİLƏRİN TARİXİNİ ÖYRƏNMƏKLƏ BAĞLI QURANIN İSRARI

Niyə Qurani-kərim keçmişdəkilərin tarixini öyrənməyə israr edir?

Tarix, insanın yaşam məsələlərinin və bir çox həqiqətlərin isbat və inkarının böyük laboratoriyasıdır. Burada xalqların məğlubiyyət və zəfər rəmzi, onların əksül-əməl və ruhiyyələri, sivilizasiyaların tərəqqi və süqut amilləri, fəaliyyət tərzləri araşdırılır. Belə ki, təcrübi həqiqətlərlə və keçmişdəkilərin yerdə qalan izləri ilə məşğul olduğu üçün, təcrübi elmlərin bir şaxəsi kimi bir çox nəzəri məfhumları inkar edən inadkarları qane etmək qabiliyyəti vardır. Quran da həmin dəlilə əsasən, keçmişdəkilərin əsərlərini, tarixini mütaliə etməyə dəvət edir.
Ətraflı cavab:

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

قال الصادق (عليه السلام) :

وَدَّ مَنْ فِي الْقُبُورِ لَوْ أَنَّ لَهُ حَجَّةً وَاحِدَةً بِالدُّنْيَا وَ مَا فِيهَا

مردگان در گورهايشان آرزو مى کنند: کاش دنيا و آنچه در دنيا هست را داده و به جاى آن پاداش يک حج به آنها داده مى شد.

وسائل الشيعة: 11/110