Qısa cavab:
Ətraflı cavab:
Allah-taala “Bəqərə” surəsində ilahi ayələrin naziloma səbəbi kimi bəşərin dərin düşüncə, ağıl və təfəkkürünü qeyd edir və “لعلّ” ifadəsi ilə (hansı ki belə məqamlarda hədəfin bəyanını göstərir) bu həqiqətə aydınlıq gətirir.
Quranın bəzi ayələrində mövzunu daha da irəli apararaq, məzəmmətedici bir bəyanla ağıl və düşüncədən faydalanmayan insanları hesaba çəkir, buyurur: “Niyə düşünmüraünüz?...”
“اَفَلاَ تَعْقِلُونَ” (1).
Digər ayələrdə həmin məna şərt budaq cümləsi kimi gəlmişdir, buyurur:
“قَدْ بَیَّنَّا لَکُمُ الاْیَاتِ اِنْ کُنْتُمْ تَعْقِلُونَ” (2)
“Əgər düşünsəniz, biz nişanələri (və onların ziyanından qorunma yollarını) sizə bəyan etmişik”.
“لَعَلَّکُمْ تَعْقِلُونَ”, “اَفَلاَ تَعْقِلُونَ”, “اِنْ کُنْتُمْ تَعْقِلُونَ”
bu ifadələr Allahın ağıl qüvvəsini reallıqları dərk etməkdən ötrü insanın ixtiyarına qoyduğu, əks təqdirdə məzəmmət olunacağı həqiqətinə aydınlıq gətirir.
“Ali-İmran” surəsində Allahın nişanələrinə işarə etməklə, yer və göyün yaradılışı, gecə-gündüzün yer dəyişməsi haqda buyurur: Bu nişanələrin dərki “اولواالالباب” – (ağıl sahibləri) üçün müyəssərdir. Ayənin ibarələrini təfsir edərkən qeyd etdik ki, “اولواالالباب” fikir və ağılı xalisləşmiş, mövhumat və aludəliklərdən təmizlənmiş kəslərdir. Hansı ki yaradılış sisteminin incəliklərindən xəbərdardırlar və onun ötəsində Allahın könül oxşayan camalını görürlər. Bunun özü Haqqı tanımaqda ağıl və zəkanın əhəmiyyətini üzə çıxarır.
“Nəhl” surəsində insanın heç nə bilmədiyi halda ana bətnindən çıxmasına işarə etdikdən sonra bilik vasitələrini şərh edir. İlk öncə rasional elmləri və başqalarının təcrübələrini eşitməyə yardım edən “eşitmə qüvvəsi”, sonra dünya miqyasında hiss olunan, müşahidə edilən həqiqətləri dərk edən görmə qüvvəsi, daha sonra hissin ötəsindəki nəsnələri dərk edən “افیده” (qəlblər və zəkaları) açıqlayır. Qeyd etdiyimiz kimi “فواد” kamala çatmış, yetkinləşmiş ağıldır, hansı ki ağıl məfhumundan üstündür.
“Qaf” surəsində güclü bir qəbilənin – daha öncə yer kürəsində yaşayırdılar və fəsad və tüğyankarlıq səbəbilə məhv oldular, qaçmağa bir macal da tapmadılar – barəsində buyurur: “Onların taleyi qəlbi (ağlı) və eşidən qulağı olanlar üçün xatırlatma və oyanış səbəbidir”.
“Taha” surəsində ölmüş torpaqların dirilməsinə, bəşər ixtiyarında olan, insan və dördayaqlıların qidasını təşkil edən bitki aləminin canlanmasına işarə etdikdən sonra buyurur:
“Bunlarda “nuha” sahibləri üçün ilahi nişanələr vardır”.
Qeyd etdik ki, “نُهى” (nuha oxunur) insanı çirkinlik və xoşagəlməzliklərdən çəkindirən (əməli) ağıla deyilir.
“Ənkəbut” surəsində Quranın əzəmətli və aydınlatan ayələrinə toxunduqdan sonra buyurur:
“Bunlar elm və bilik əta edilən kəslərin sinəsindədir”.
Dediyimiz kimi “صدر” (sinə) orijinal mənasında hər şeyin başı, ilk hissəsi deməkdir. Bu da, biliyin mühüm qaynağı olan ağlın insan vücudunun ən önəmli hissəsini təşkil etdiyini göstərir.
“Həcc” və “Sad” surələrində Adəmin (ə) torpaqdan yaranışına işarə etdiyi əsnada, buyurur:
“Onun yaradılışı başa çatdıqdan sonra ona öz ruhumdan üfürdüm. Siz mələklər onun əzəmətindən dolayı səcdə edin”.
Bu ilahi ruh ağıl adlı gövhərdir və əhəmiyyətinə görə “Allah”a əlavə edilib – bu əlavəni “təşrifi izafə” adlandırırlar. Yoxsa ki, Allahın nə ruhu var, nə də cismi. Məhz, bu ilahi ruha xatir bütün müqərrəb və əzəmətli mələklər Adəmə səcdə etməliydi, yoxsa torpaq və ya palçığın belə dəyəri yoxdur. Bu özü ağıl və zəkanın dəyərinə bir təkiddir.
“Şəms” surəsində insan nəfsinin (ruh və ağıl) yaradılışına, nəfsin yaradanına and içir və sonra buyurur:
“Allah bu ruhu yaratdıqdan sonra, təqva və fəsad (düz və əyri yollar) yolunu göstərməklə ona ilham etdi”.
Bu da, elə ilk gündən ilahi təlim vasitəsilə insanın daxilində qərar verilmiş, canına hopdurulmuş fitri idrakına bir işarədir.
Qurani-kərimdə səkkiz fərqli ünvanın insanın ağıl və zəkasına işarə etməsi, bu bilik qaynağının müxtəlif motivlərdən əhəmiyyətini aşkar edir
Şərh qeydə alınmayıb